Əsas Səhifə > Hadisə > ƏMƏLİYYAT VƏHABİLƏRƏ QARŞI OLUB

ƏMƏLİYYAT VƏHABİLƏRƏ QARŞI OLUB


6-04-2012, 13:53
ƏMƏLİYYAT VƏHABİLƏRƏ QARŞI OLUB

GƏNCƏ OLAYINDA PƏRDƏ QALXIR

Saat 13.00-da Turan-ın əldə etdiyi qeyri-rəsmi məlumata görə, Gəncədə vəhabilər qrupuna qarşı əməliyyat keçirilib. Dini ekstremizmə bağlılıqda şübhəli bilinən bir neçə nəfər adı çəkilən mikrorayonda mənzil kirayə ediblər. Onların saxlanması üzrə əməliyyat zamanı vəhabilərdən biri özünü və onu saxlamaq istəyən xüsusi xidmət əməkdaşını partladıb. Təsdiqlənməmiş rəsmi məlumatlara görə, həmin şəxs ekstremist cərəyanlardan birinə mənsub olub. Qumbara partlaması nəticəsində yaralananlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var. Zərər çəkənlərin dəqiq sayı məlum deyil.

Əməliyyatın keçirildiyi yer əhatəyə alınıb, kənar şəxslər buraxılmır. Yaxınlıqdakı binaların sakinləri köçürülüb.

Hüquq-mühafizə orqanları əvvəlkitək şərh vermirlər.


Geri qayıt