Əsas Səhifə > Sosial, Manşet > İRANDAN YENİ MANİPULYASİYA CƏHDİ
İRANDAN YENİ MANİPULYASİYA CƏHDİ6-04-2012, 14:17 |
MOLLA REJİMİNİN KƏLBƏCƏRLİ JURNALİSTLƏRİN MÜRACİƏTİNƏ BAXIŞI DİA.AZ: - Məlum olduğu kimi, bir qrup kəlbəcərli jurnalist İranın və Rusiyanın dövlət rəhbərliyinə Kəlbəcər rayonundakı tarixi-mədəni abidələrin, rayonun təbii sərvətlərinin ermənilər tərəfindən talan edilməsi ilə bağlı müraciət ünvanlamışdılar. Onu da bildirək ki, artıq fars-molla rejiminin təbliğat maşını bu müraciəti öz şovinist aspektlərindən təqdim etməyə başlayıblar və belə bir təəssürat yaratmağa çalışırlar ki, sanki kəlbəcərli jurnalistlər İran hakimiyyətindən ermənilərlə işbirliyinə son qoymağı yox, onlardan Qarabağı azad edib Azərbaycana verməyi xahiş ediblər. «AranNews» portalında yer alan həmin məlumatı DİA.AZ olaraq olduğu kimi diqqətinizə çatdırırıq: «Azərbaycan Respublikasının bir qrup kəlbəcərli jurnalisti Ali Məqamlı Rəhbərə məktub vasitəsilə müraciət ediblər. Məlumata əsasən, bu jurnalistlərin müraciətində Ali Məqamlı Rəhbər Ayətullah Seyyid Əli Xameneiyə Azərbaycan-İran din qardaşlığına əsasən 19 ildir ermənilər tərəfindən işğal olunmuş Kəlbəcərdə maddi-mədəniyyət nümunələrinin dağıdılması ilə yanaşı, məscidlərdə donuz saxlanması barədə də məlumat verilib və bu məsələdən narahat olduqlarını bildiriblər. Müraciətdə həmçinin Ayətullah Seyyid Əli Xameneidən dünya müsəlmanlarının rəhbəri olaraq erməni katalikosuna bəyanat və ya hansısa müraciət etməsi, xahişi öz əksini tapıb. Bu məlumata əsasən, hal-hazırda Azərbaycan Respublikasının 20%-i işğal altındadır və Qarabağ işğalçıları ötən illər ərzində müsəlmanların məscidlərinə bir çox hörmətsizliklər ediblər və İranda yaşayan mərcəi-təqlidlər, o cümlədən Ali Məqamlı Rəhbər bu barədə bir neçə dəfə öz mövqeyini bildirmiş və yuxarıda qeyd edilən bu hərəkətləri pisləmişdir. Qeyd edək ki, Bakı dövləti ötən illər ərzində bəzi məscidləri sökməsi və ya bağlaması, həmçinin Eurovision müsabiqəsi xatirinə Bakı şəhərində bir məscidi sökməsi ilə, faktiki olaraq Qarabağ işğalçıları ilə eyni əməli icra etmişdir. Bu da azəri fəalların, o cümlədən jurnalistlərin ümidsizliyinə səbəb olmuşdur. Belə ki, indi onlar işğal olunmuş ərazilərdə öz mədəniyyət nümunələrininvə dini əsərlərinin qorunması üçün Ali Məqamlı Rəhbərə müraciət ediblər». Geri qayıt |