Əsas Səhifə > Sosial, Manşet > DEPUTAT REKTORUN DURUMU AĞIRLAŞIR
DEPUTAT REKTORUN DURUMU AĞIRLAŞIR8-10-2011, 13:30 |
"ODLAR YURDU" UNİVERSİTETİNİN "TÜSTÜSÜ" ƏRŞƏ DAYANIB DİA.AZ: - "Odlar Yurdu"nun Vəliyevlər ailəsinin nəzarətində olmasını sübut etmək üçünsə bir fakt yetərlidir. Belə ki, mənbə Əhməd Vəliyevin iki oğlunu özünə prorektor təyin etməsi haqqında məlumat verir. Bu məlumat dəqiqdirsə, demək, hər şey ortadadır. Qeyd edək ki, Əhməd Vəliyevin ticarət və biznes müəssisələri ilə əlaqələri isə zaman-zaman mətbuatın gündəmindən düşməyib. Deputat-rektorun "Muğanbank" və "Jalə Biznes" MMC ilə əlaqələri də bununla şərtləşir. Mənbə bildirir ki, "Muğanbank"ın rəhbəri Əhməd Vəliyevin kürəkəni - qızının əridir. "Jalə Biznes"in də ona doğma olan bir şəxsin olduğu bildirilir. Bundan başqa, mənbə bildirir ki, "Nəsimi" bazarından Bakı Zooparkına tərəf gedən yolun üstündə tikilmiş "Palmira" biznes mərkəzi də Əhməd Vəliyevə məxsusdur. Belə ki, ticarət mərkəzinin rəhbərinin rektorun oğlu olduğu bildirilir. Mənbə qeyd edir ki, "Palmira"nın tikintisi yenicə başa çatıb. Biznes şəbəkəsini qorumaq üçün informasiyaların yayılmaması məqsədiylə Ə.Vəliyev universtetdə bəzi tədbirlər də görüb. Mənbə bildirir ki, Əhməd Vəliyev "Odlar Yurdu" Universitetində sanki "gestapo" rejimi yaradıb. Müəllimlərin və tələbələrin bütün davranışlarına, kimlərlə görüşməsinə, auditoriyalarda özlərini necə aparmalarına diqqət yetirilir. Universitetdəki mənbəmiz bildirir ki, son bir ayda mətbuatın aramsız tənqidləri rektoru təşvişə salıb. O hətta yaxın bildiyi şəxslərdən də şübhələnməyə başlayıb. Universitetdəki bütün işləri isə oğlunun və yaxın qohumlarının nəzarətinə keçirib. Bir sözlə deputat-rektor çalışır ki, mətbuata ötürülən informasiyaların qarşısını alsın. Ötən gün universitetə yaxın mənbə “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) bildirdi ki, rektorun gəlir mənbələrindən biri də dərsə davamiyyət məsələsidir ki, buna ciddi diqqət yeririlir. Belə ki, tələbə gəlmədiyi günlərə görə universitetə pul ödəməlidir və bu pullar da əvvəlki qaydada kassaya köçürülür. Bir sözlə, "Odlar Yurdu" Universitetində rüşvət birmənalı olaraq sanki rəsmiləşdirilib. Lakin əsas məsələ və gəlir mənbəyi universitetə qanunsuz tələbə köçürməsidir. Universitetə yaxın mənbənin sözlərinə görə, Əhməd Vəliyevin əsas gəlir mənbələrindən biri olan tələbə köçürmələridir ki, bu tələbələr də Gürcüstandan gətirilir: "Təhsil nazirinin əmrinə əsasən Dağıstandan tələbə qəbulu qeyri-qanunidir. Həm də son günlər mətbuat bu məsələni gündəmə gətirir. Ona görə də rektor Dağıstan məsələsini arxa plana çəkib. Tələbələr isə guya Gürcustandan - Laqadekdən gətirilir. Azərbaycanlıların sıx yaşadığı Laqadekdə qurama bir ali məktəb yaradıblar. Bunlar da uşaqların adlarını guya oraya yazdırır, sonra da köçürmə adı ilə universitetə gətirirlər. Hazırda oranın birinci kursuna adı yazılan tələbələr var ki, gələn il onların "Odlar Yurdu" Universtetində köçürülməsi nəzərdə tutulur. Əslində isə tələbələr "Odlar Yurdu"nda oxuyurlar. Sadəcə, adları heç bir sənəddə əksini tapmayıb". Artıq müxtəlif media orqanlarında Azərbaycan Beynəlxalq Universitetinin (ABU) taleyini yaşayacaq ikinci bir universitetin olması haqqında da məlumatlar yayılıb. Bu universitetin "Odlar Yurdu" olması da söylənilir. Mənbə bildirir ki, bu günə qədər universitetin bağlanmaması, buradakı maxinasiya və fırıldaqların araşdırılmaması Vəliyevin parlamentdəki kürsüsü ilə əlaqədardır. Ancaq artıq "bıçaq sümüyə dirənib", məsələ ilə bağlı ciddi nüanslar gözlənilir. Görünür, "mandat" qanunun qarşısında duruş gətirə bilməyəcək. Geri qayıt |