Əsas Səhifə > Güney Press, Üçüncü sektor > NAZİR QUBAYA GETDİ

NAZİR QUBAYA GETDİ


6-04-2012, 16:21
NAZİR QUBAYA GETDİ

VƏ ŞİKAYƏTÇİLƏRİ QƏBUL ETDİ

Bu gün Quba şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Sosial Xidmətlər Təşəbbüsü”nün Quba və İsmayıllı rayonlarında birgə həyata kezirdiyi “Səyyar reabilitasiya xidmətləri” layihəsinin icrasına həsr olunmuş müşavirə keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən DİA.AZ-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov deyib ki, 2012-ci ildən etibarən ilk dəfə dövlət sifarişi əsasında Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) ilə birgə Bakı, Sumqayıt, Gəncə, Xazmaz və Şəkidə əlilliyi olan uşaqlar üçün icma əsaslı reabilitasiya xidmətlərinin pilot layihəsinin icrasına başlanılıb: “Layihə çərçivəsində hər iki rayonda yaradılaraq nəqliyyatla təmin edilmiş 4 nəfərlik səyyari xidmət dəstələri tərəfindən xidmət müəssisələrindən uzaqda, ucqar kəndlərdə yaşayan 3-12 yaşlı 120-dən zox əqli geriliyi olan uşaqlara öz evlərində mütəmadi qaydada ixtisaslaşmış icma əsaslı reabilitasiya xidmətləri göstərilib.

Həmçinin onların valideynləri ilə maarifləndirmə işləri aparılıb, müvafiq hallarda uşaqlar reabilitasiya avadanlıqları ilə təmin edilib. Uşaqlardan 35 nəfəri üçün Fərdi Reabilitasiya və Qayğı Planı üzrə davamlı psixo-sosial xidmətlər göstərilib və onlardan əksər hissəsinin gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün onlarda zəruri bacarıq və vərdişlərin yaradılması məqsədinə nail olunub. Eyni zamanda, sosial xidmət müəsissəsinə verilmək riski yüksək olan 21 uşağın artıq internat evlərinə yerləşdirilməsi zərurəti aradan qalxıb”.

Müşavirədə ölkəmizdə reabilitasiya xidmətinin səyyar modelinin özünü doğrultduğu və ölkənin digər bölgələrində də layihənin tətbiqi üçün artıq yetkin təcrübənin mövcud olduğu qeyd olunub. Həmçinin, “Səyyar reabilitasiya xidmətləri” layihəsinin icrası işlərinin nəticələri barədə geniş məlumatlar verilib, səyyar şəkildə həyata keçirilmiş xidmətləri əks etdirən videoçarx nümayiş olunub.

Aidiyyati hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri layihənin nəticələrini yüksək dəyərləndirərək, uşaqların dövlət müəsissələrinə düşməsinin qarşısının alınmasında alternativ qayğının əhəmiyyətindən, səyyar reabilitasiya xidmətlərinin sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təminatında rolundan söz açıblar. Daha sonra Quba rayonunun Alekseyevka kəndində yaşayan 6 yaşlı Elvin İsmayılova göstərilən səyyar reabilitasiya proqramına baxış olub.


Geri qayıt