Əsas Səhifə > Partiya > AXCP ÜZVÜ MƏHKƏMƏ QARŞISINDA
AXCP ÜZVÜ MƏHKƏMƏ QARŞISINDA6-04-2012, 17:54 |
ZEYNAL BAĞIRZADƏNİN ŞİKAYƏTİNƏ BAXILIB Aprelin 6-da AXCP fəalı Zeynal Bağırzadənin apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib. Şikayətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Ağır Cinayətlər Kollegiyasında İlqar Mirzəyevin sədrliyi ilə baxılır. Hüquq müdafiəçisi Məlahət Nəsibova “Media forum” saytına bildirib ki, hakim prosesə baxışı aprelin 17-nə təyin edib. Zeynal Bağırzadə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, bilə-bilə saxta sənədlərdən istifadə etmə və dələduzluqda təqsirli bilinərək 2012-ci il martın 1-də 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. İttihama görə, o, saxta sənədlərdən istifadə edərək “Çernobıl əlili” statusu əldə edib. Zeynal Bağırzadə 2011-ci il dekabrın 26-dan həbsdədir. Apellyasiya şikayətində Zeynal Bağırzadə ilkin məhkəmə instansiyasının qərarının ləğv olunmasını, eyni zamanda onun sahibkar nüfuzuna dəyən ziyana və həbsdə olduğu müddətdə çəkdiyi əziyyətə görə təzminat istəyib. Məlahət Nəsibovanın sözlərinə görə, AXCP fəalının səhhətində ciddi problemlər var: “Hazırlıq iclasında Zeynal Bağırzadə hakimə bildirib ki, yaddaşında güclü zəifləmə var və bu, ona olan fiziki, psixoloji təzyiqlərin nəticəsidir”. Geri qayıt |