Əsas Səhifə > Şou-biznes > BƏSTƏKAR MƏHKƏMƏYƏ MÜRACİƏT EDİR

BƏSTƏKAR MƏHKƏMƏYƏ MÜRACİƏT EDİR


7-04-2012, 12:53
BƏSTƏKAR MƏHKƏMƏYƏ MÜRACİƏT EDİR

O, “ŞORGÖZ” MAHNISINI “KRİSTAL” QRUPUNA ÇOX GÖRÜR

Kristal qrupunun "Şorgöz" adlı mahnısı gözə gəldi. Mahnı yenicə efirlərdə səslənmişdi ki, bəstəkarın ultimatumu daha yüksək səslə eşidilməyə başladı. Daha dəqiq desək, mahnının "Kristal" qrupu tərəfindən ifasına bəstəkar tərəfindən qadağa qoyuldu. Bunun səbəbini öyrənmək üçün qrupun rəhbəri Mədinə Məliklə əlaqə saxladıq. Mədinə xanım məsələyə aydınlıq gətirdi: "Mən özüm də şokdayam, dörd-beş gün bundan qabaq bəstəkar mənimlə əlaqə saxladı və bildirdi ki, istəmirəm sizin qızlar bu mahnını ifa etsinlər. Mən də etirazımı bildirdim ki, biz oxuyacağıq. Bilmirəm səbəb nədir. Birdən-birə mənə zəng edib dedi ki, musiqi qalsın, sözləri dəyişin. Axı oyuncaq oynamırıq. Çox gözəl alınıb sözləri, hər tərəfdə maraqla qarşılanıb. Məndə olan məlumata görə, bir çox müğənnilər istəmişdi bu mahnını ifa etsin.

Biz bu mahnıya çoxlu vəsait, xərc qoymuşuq. Qızlardan ibarət "Kristal" qrupunun "Şorgöz" adlı mahnısını təsadüf saymaq olmaz. Məhz buna görə də sözləri Leyliyə, musiqisi Nadirə aid qəribə məzmunlu mahnı meydana gəldi. İndi isə bəstəkar deyir, oxuma. Bizim xanımlarımız çox əziyyət çəkir. Məsələn, işə düzələndə, yolla gedəndə, səhnədə qızlarımız mahnı oxuyanda dəfələrlə bu halla rastlaşırlar. Bizim qızlar belə şorgöz kişiləri görəndə oxumaq belə istəmirlər. İnanın, şorgöz kişilər çoxdur, onların çox iyrənc baxışları olur, çünki səmimi olmurlar. Xanımlarımız daim belə problemlə rastlaşırlar. "Kristal" qrupu olaraq istədik ki, bu mahnıdan sonra şorgöz kişilərin sayı azalsın. Leyli xanıma müraciət edəndə də mən istədim ki, yeni mahnı şorgözlərdən olsun. Çox sağ olsun, super sözlər yazdı, mahnı ürəyimcədir.

Mahnı yazılanda bəstəkar niyə demirdi? İndi artıq yetərincə mahnı sevilib, hər yerdə də rəylər yazılır. Mən sizin vasitənizlə deyirəm: "bu yoldan dönən deyiləm, istəyir versin məhkəməyə, biz bu mahnını ifa edəcəyik və tezliklə klip çəkdirəcəyik".

Qarşı tərəfin fikrini öyrənmək üçün bəstəkar Nadirlə əlaqə saxladıq. İlk sözü bu oldu ki, mən demirəm oxumasınlar "Şorgöz" mahnısını: "Sadəcə, Mədinə xanıma bildirmişəm ki, sözlərdə dəyişiklik olsun. Mahnının sözləri mənim xoşuma gəlmir. Bu barədə Mədinə xanımı xəbərdarlıq etmişəm. Əgər mahnı həmin sözlərlə ifa olunsa, qrupu və Mədinə Məliki məhkəməyə verəcəm".


Geri qayıt