Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ KƏRİMLİ SABAHKI MİTİNQDƏN DANIŞDI
ƏLİ KƏRİMLİ SABAHKI MİTİNQDƏN DANIŞDI7-04-2012, 13:40 |
“8 APREL MİTİNQİ NARAZILARI TOPLAYACAQ” Siyasi hakimiyyətin yeganə mənbəyi xalqdır, 8 aprel mitinqinin iştirakçıları məhz bu fikri əsas götürməlidirlər, deyə AXCP sədri Əli Kərimli obyektiv.tv –yə müsahibəsində bildirib. 2006-cı ildən bu yana ilk icazəli mitinq bazar günü saat 16-dan 18-ə qədər “20-ci sahə”də keçiriləcək. Bu, Bakının ucqar yeridir, buna baxmayaraq, narazı vətəndaşların sayının gündən-günə artması təşkilatçıların təxminən 10 min insan cəlb edəcəyinə ümid yaradır. Çıxışlarda əsas mövzular bütün siyasi məhbusların və vicdan məhbuslarının dərhal azad edilməsi zərurəti, keçmiş SSRİ Əmanət Bankındakı əmanətlərin əhaliyə tam qaytarılması, vətəndaşların evlərindən zorla köçürülməsinə son qoyulması zərurəti olacaq. Bundan başqa, insanlar səhiyyə, təhsil, kommunal xidmətlər sahəsində və hətta orduda rüşvətlərdən əziyyət çəkir, əsgərlər isə dinc şəraitdə həlak olur. İctimai Palata növbəti dəfə təcili parlament seçkiləri keçirilməsi və ümumilikdə seçki sisteminin şəffaflığı tələbini irəli sürmək niyyətindədirlər. Təəssüf ki, paytaxt hakimiyyəti tədbirin keçirilməsinə cəmi 3 gün qalmış ona icazə verdilər. Kərimlinin fikrincə, müasir azərbaycanlıların problemi ondadır ki, onlar “özünümüdafiəyə” meyllidirlər. Onlara elə gəlir ki, qonşularının, qohumlarının, dostlarının problemləri onlardan yan keçəcək və özləri işlərinin gətirməzliyindən və korrupsiyaya uğramış sistemin zərbələrindən çökdükləri halda etiraz etməyə başlayırlar. Belə olmur və bir ay əvvəl Qubada baş verən hadisələr bunu açıq-aşkar göstərdi. Siyasi hakimiyyət səhlənkar və hiyləgər icra başçısını məsuliyyətə cəlb etmək əvəzinə, rayon başçısının korrupsiya və özbaşınalığı faktlarını əks etdirən videogörüntüləri Youtube-da yerləşdirən jurnalistləri həbs edib, deyə Kərimli bildirib. Bu gün dünya qloballaşıb və kimsə bunu görmürsə, bu, onun problemidir. Facebook sosial şəbəkəsində “Xilas” adlı dəyişikliklərə dəstək qrupu var. Qrupa yerli gənclərdən 60 min istifadəçi daxildir. Bu o deməkdir ki, onların hamısı qısa zaman ərzində ölkədəki ədalətsizlik faktlarından xəbər tuturlar. Hətta bəzi telekanallar bu qədər məşhur deyil. AXCP sədri hesab edir ki, Azərbaycan hakimiyyəti dəyişiklikləri nəzərə almalıdır. “Ərəb baharından” sonra Əliyevlər ailəsinin rejimindən müqayisəolunmaz dərəcədə daha möhkəm və daha sərt rejimlər dağıldı və dağılmaqda davam edir. Hüsni Mübarəkin rejimində korrupsiya və yerlipərəstliyə əsaslanan İlham Əliyevdən daha çox dayaq nöqtələri var idi. Sabitlik üçün ən azı üç dayaq nöqtəsi lazımdır və dövlət başçısı beynəlxalq dəstəyi olduğunu düşünürsə, yanılır. Əliyevlərin xarici siyasətinin uğursuzluğuna dünya şöhrətli qəzetlərdəki nəşrlər, telekanallardakı verilişlər nümunə ola bilər. Qərbin xəbər istehlakçılarına Azərbaycan hakimiyyətinin korrupsioner, vətəndaşlarına qarşı ədalətsiz olduğu və hətta məmurların şəxsində öz elektoratı tərəfindən belə hədsiz dəstəyi olmadığı fikri çatdırılır. Qərb ölkələrinin başçıları Azərbaycan prezidenti ilə yalnız karbohidrogenlərdən pay almaq üçün görüşürlər, siyasətçi belə hesab edir. Kərimlinin sözlərinə görə, ölkənin siyasi hakimiyyəti siyasi quruluşda və dövlət idarəçiliyində nəinki əsaslı, sadəcə əhəmiyyətli dəyişikliklərə belə hazır deyil. Buna görə, son söz xalqa aiddir, deyə o, müsahibəsini yekunlaşdırıb. Geri qayıt |