Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GÖMRÜKDƏ BÖYÜK MİQDARDA PUL SAXLANILIB

GÖMRÜKDƏ BÖYÜK MİQDARDA PUL SAXLANILIB


7-04-2012, 13:43
GÖMRÜKDƏ BÖYÜK MİQDARDA PUL SAXLANILIB

HƏMİN PUL AZƏRBAYCANDAN ÇIXMALI İMİŞ

Gömrükçülər böyük məbləğdə valyutanın Azərbaycandan çıxarılmasının qarşısını alıb.

Trend-in Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin martında və aprelin əvvəllərində komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi yerli və əcnəbi vətəndaşlar tərəfindən xeyli məbləğdə valyuta sərvətlərinin gömrük orqanına bəyan olunmadan respublikadan aparılması cəhdlərinin qarşısını alıb.

Sözügedən şəxslərdən, Azərbaycan vətəndaşları - Samir Qayıbovdan Bakı-Dubay aviareysi ilə uçmaq istəyərkən 4600 ABŞ dolları, Əvəz Fərhadovdan (Bakı-İstanbul) 1500 ABŞ dolları, Nəcəf Məmmədovdan (Bakı-İstanbul) 1500 avro, Sadiq Abdullayevdən (Bakı-İstanbul) 5000 ABŞ dolları, Samir Vəliyevdən (Bakı-Sankt-Peterburq) 4700 ABŞ dolları, Afaq Mirzəyevadan (Bakı-İstanbul) 2700 ABŞ dolları, Fəyyaz Şükürovdan (Bakı-Dubay) 4900 ABŞ dolları, Samir Şükürovdan (Bakı-Dubay) 4400 ABŞ dolları, Eldar Rzayevdən (Bakı-Tbilisi) 4000 ABŞ dolları, Natella Camalovadan (Bakı-Urumçi) 4800 ABŞ dolları, Əziz Quliyevdən (Bakı-İstanbul) 2800 ABŞ dolları; Türkiyə vətəndaşları - Zafer Yalçından (Bakı-İstanbul) 2500 ABŞ dolları, Ertan Fıratdan (Bakı-İstanbul) 4500 ABŞ dolları, Ramazan Altıntopdan (Bakı-İstanbul) 3000 ABŞ dolları, Ahmet Karadan (Bakı-İstanbul) 4200 ABŞ dolları, Gürkan Demirkandan (Bakı-İstanbul) 1500 ABŞ dolları, Osman Meydançıdan (Bakı-İstanbul) 1900 ABŞ dolları; Rusiya Federasiyasının vətəndaşları - Məmməd-Paşa Kuliyevdən (Bakı-Moskva) 3000 ABŞ dolları, Niyazi Quliyevdən (Bakı-Moskva) 60.000 Rusiya rublu və Gürcüstan vətəndaşı Şahin Bayramovdan (Bakı-Urumçi) 4800 ABŞ dolları aşkar edilib.

Bütün faktlarla bağlı təhqiqat aparılır.


Geri qayıt