Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏTBUAT ŞURASI MİTİNQİN MONİTORİNQİNİ APARACAQ
MƏTBUAT ŞURASI MİTİNQİN MONİTORİNQİNİ APARACAQ8-04-2012, 11:23 |
JURNALİSTLƏR “PRESS” GÖDƏKÇƏLƏRİ GEYİNMƏLİDİR Azərbaycan Mətbuat Şurası İctimai Palata adlanan qurumun keçiriləcək mitinqində jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparacaq. Şuradan Trend-ə verilən məlumata görə, monitorinqdə MŞ-nin mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvləri iştirak edəcəklər. Qeyd edək ki, Daimi Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə Nazirliklərinin nümayəndələri daxildirlər. Azərbaycan Mətbuat Şurası İctimai Palata adlanan qurumun bu gün keçiriləcək mitinqini işıqlandıracaq jurnalistlərdən MŞ-nin üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrində olmalarını xahiş edir. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq paytaxtın 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin təlim meydanında baş tutacaq. Geri qayıt |