Əsas Səhifə > Güney Press, Araşdırma > DÖYÜBLƏR, İNDİ DƏ TƏZYİQ EDİRLƏR
DÖYÜBLƏR, İNDİ DƏ TƏZYİQ EDİRLƏR8-04-2012, 11:26 |
EVİ SÖKÜLƏNLƏRİN FACİƏSİ DAVAM EDİR Evinin sökülməsinə müqavimət göstərdiyinə görə zorakılığa məruz qalan Bakı sakini Afaq İsmayılovaya müalicə aldığı xəstəxanada da təzyiq edirlər. Bu haqda Turana A.İsmayılova özü bildirib. A.İsmayılova 2012-ci il aprelin 2-də Şəmsi Bədəlbəyli küçəsi 20-də evinin sökülməsinə müqavimət göstərdiyinə görə Bakı şəhər katibliyinin başçısı Zülfəli İsmayılov və ətrafındakı adamlar tərəfindən zorakılığa məruz qalaraq xəstəxanaya yerləşdirilib. Müalicə aldığı 1 saylı Mərkəzi Xəstəxananın travmatologiya şöbəsinin müdiri A.İsmayılovadan xəstəxananı tərk etməsini tələb edir. Xəstə isə başgicəllənmə, qusmadan əziyyət çəkdiyini, gəzə bilmədiyini, qan təzyiqinin güclü olduğunu deyir. “Bu azmış kimi, şöbə müdiri məni əsəbiləşdirməklə məşğuldur”, - deyə A.İsmayılova xəstəxanadakı durumuna aydınlıq gətirib. Xəsarətlər olmasına baxmayaraq, xəstəyə hər-hansı müalicə olunmur. Həkimlər işlərini sadəcə ağrıkəsici iynələr vuraraq xəstəni yatırmaqla başa vururlar. A.İsmayılova şöbə müdirinin təhriklərini polislə əlbir olması sayır. Nəsimi rayon 21 saylı polis bölməsi təhqiqat aparsa da, nəticə yoxdur. Hadisə aprelin 2-də törədilsə də, A.İsmayılova hələ də tibbi ekspertizadan keçirilməyib. Buna görə də alınan xəsarətlərin dərəcəsini müəyyən etmək mümkün olmayıb. Təhqiqatçı Şahin adlı şəxs təhqiqatı başa vurmaq əvəzinə A.İsmayılovanı Z.İsmayılovla barışdırmağa cəhd edir. Xəstə bu cəhdin özünü də təzyiq sayır. Bu təklifdən imtina etdiyinə görə xəstəxanadan çıxarılması ilə bağlı təzyiqlər güclənib. A.İsmayılova həmin gün zorakılıqlara məruz qalan və hazırda eyni palatada yatdığı anası Zərifə İsgəndərovanın da səhhətinin pis olduğunu deyib. A.İsmayılovanın fikrincə, ona təzyiq edənlər xəstəxanadan çıxarılmasına nail olmaqla zorakılığa yol vermiş Z.İmsayılova və digərlərinə qarşı cinayət işi başlamaqdan imtina etməyi düşünürlər. 1 saylı xəstəxananın travmatologiya şöbəsinə (tel: 5979946) edilən zəngə isə xəstəxanada belə xəstənin yatmadığı cavabı verilib. Geri qayıt |