Əsas Səhifə > Sosial, Manşet > “ONSUZ DA TƏHSİL BU OTAQDAN İDARƏ OLUNUR”

“ONSUZ DA TƏHSİL BU OTAQDAN İDARƏ OLUNUR”


8-04-2012, 14:34
“ONSUZ DA TƏHSİL BU OTAQDAN İDARƏ OLUNUR”

QULU NOVRUZOV MİSİR MƏRDANOVUN SƏLAHİYYƏTSİZ OLDUĞUNU DEYİB

DİA.AZ: - Keçən ilin sentyabr ayında istefanın bir addımlığında olan, lakin yekunda yaxasını qurtarmağı bacaran təhsil naziri Misir Mərdanovla bağlı redaksiyamıza çox ilginc faktlar daxil olub.

Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər qaynağın sözlərinə görə, Misir Mərdanov əslində, 3 müavini ilə birgə görəvdən alınmalı imiş: «Lakin o, müəyyən şərtlər daxilində həm canını və həm də karyerasını qutara bilib».

Çünki Misir Mərdanovun görəvdən alındıqdan sonra ona və yaxınlarına qarşı cinayət işi də açıla bilərmiş. Bu barədə danışan mötəbər qaynaq iddia edir ki, təhsil nazirliyinin təmir-tikinti sektoruna rəhbərlik edən nazirin doğma xalası oğlu Allahverdi Dəmirov və eləcə də, təhsil nazirliyinin tikinti və təmir tenderlərinin «ənənəvi qalibi» «Xumar-98» və «Qardaşlıq» firmalarının sahibi, Ağcabədi rayon Aqrarservisin rəhbəri Mövsüm İsmayılov barəsində açılmış və hələlik icrası müəyyən müddətlik dondurulmuş cinayət işinin bir ucu birbaşa olaraq Misir Mərdanova bağlanır.

Bu barədə redaksiyamızı bilgiləndirən mənbəyə görə, doğrudur, Mərdanov hər iki yaxın adamını astronomik həddə pulun - 20 milyon avronun müqabilində qoruya bilsə də, məsələ hələ də tam olaraq qapanmış hesab olunmur:

«Bu baxımdan Misir Mərdanov dünənə qədər özünü hələ də iynənin üstündə otururmuş kimi hiss edirdi. Lakin son prosesdə o, bütün problemlərini yoluna qoya bildi».

Anlaşmaya görə, Misir Mərdanovun yalnız simvolik olaraq nazir postunda saxlanıldığını bildirən qaynaq, iddia edir ki, hal-hazırda nazir funksiyasını bir zamanlar təhsil nazirliyinin beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik etmiş və keçən ilin yeni dərs ili ərəfəsində mübhəm olaylar zamanı, 3 nazir müavininin görəvdən alınmasının ardından nazir müavini postuna irəli çəkilən Qulu Novruzov icra etməkdədir.

Mənbə bildirir ki, əslində Qulu Novruzov həmin gün Misir Mərdanovun yerinə təyin olunmalı idi. Lakin həbs təhlükəsi nəhayətdə Misir Mərdanovu bir çox ünvanlar qarşısında diz çökməyə vadar edib.

Əldə etdiyimiz son məlumatlarda isə bildirilir ki, Qulu Novruzov keçən həftə öz iş kabinetinə bahalı mebel alıb. TN-dəki qaynağın bildirdikləri: “Novruzov ustaları kabinetinə gətirərək onlara nazirin otağından da əzəmətli otaq yaratmağı tapşırıb və bu zaman yanında olan TN işçilərindən birinə gülərək, zarafatla bildirib ki, onsuz da Azərbaycan təhsili bu otaqdan idarə olunur”. Əslində bununla nazir müavini Misir Mərdanovun öz postunda simvolik əyləşməsinə işarə edib. Qeyd edək ki, son xəbərlərdə Mərdanovun istefaya hazırlandığı da bildirilir. Və şox güman ki, TN-də səlahiyyətsiz nazir olması da Mərdanovun arına gəlməkdədir.

Geri qayıt