Əsas Səhifə > Sosial, Manşet > MTN-NİN ZABİTİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT
MTN-NİN ZABİTİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT9-04-2012, 12:49 |
ELŞAD QULİYEVƏ MİLLİ QƏHRAMAN ADI VƏ ŞƏHİD STATUSU TƏLƏB OLUNDU DİA.AZ: - 5 aprel tarixində gecə saat 04.00 radələrində Milli Təhlükəsizlik Nazirliyi Gəncə şəhərində terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçirilən əməliyyat zamanı bir zabitimizin həlak olması çoxlarında acı təəssürat yaradıb. Xatırladaq ki, MTN-in xüsusi təyinatlı dəstəsinin zabiti, polkovnik-leytenant Elşad Quliyev vəhabilərə keçirilən əməliyyat nəticəsində qətlə yetirilib. Onun bir peşəkar kadr olduğunu diqqətə çatdıran mənbələrin məlumatlarından da aydın olur ki, Elşad Quliyev kimi profesionalların yetişdirilməsi üçün həm illər lazımdır, həm də böyük xərc. Yəni Azərbaycan dövlətinin Gəncədə verdiyi itgi çox ciddidir. Ki, bunun da artıq cəmiyyətdə böyük rezonansa nədən olduğu məlumdur. Xatırladaq ki, Gəncədə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, üçü yaralanıb. Qarşı tərəfdən isə 1 nəfər ölüb, iki nəfər yaralanıb. Ölən yaraqlının meyiti üzərində partlayıcı olduğundan hadisə yerinə mütəxəssislər çağırılıb. Hadisə yerinə gələn mütəxəssislərin səyi nəticəsində partlayıcı qurğu zərərsizləşdirilib. Onu da qeyd edək ki, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyev Azərbaycan prezidentinin 28 mart 2009-cu il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bununla bağlı açıqlama yayan «Gündəm Xəbər» qəzetinin redaksiya kollektivi Elşad Quliyevə Milli Qəhrəman adının verilməsi və onun xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Qəzet redaksiyasından DİA.AZ-a verilən məlumatda deyilir ki, Elşad Quliyev əslində şəhid statusuna layiq görülməlidir: «Belə bir ənənə qardaş Türkiyədə də var. Və orada iş başında ölən polis və xüsusi xidmət orqanlarının əməkdaşları şəhid statusu alırlar. Bu ənənə Azərbaycanda da formalaşmalıdır və əslində MTN-nin qətlə yetirilən zabiti bütün Azərbaycan xalqının və azərbaycan dövlətinin milli mənafeyi uğrunda qurban gedib. Odur ki, onun həm şəhid statusuna və həm də Milli Qəhrəman adına layiq görülməsi bu şücaətin layiqli təltifi olardı. Biz də redaksiya olaraq Azərbaycan prezidentindən xahiş edirik ki, təşəbbüsümüz nəzərə alınsın». Geri qayıt |