Əsas Səhifə > Hadisə > “GƏNCLƏR KLUBU” ADNA-NIN REKTORUNA MÜRACİƏT ETDİ
“GƏNCLƏR KLUBU” ADNA-NIN REKTORUNA MÜRACİƏT ETDİ9-04-2012, 13:10 |
BİRLİK ELMİN BƏDƏLOVU BƏRPA ETMƏYƏ ÇAĞIRIR “Gənclər Klubu” İctimai Birliyi bəyanat yayaraq jurnalist Elmin Bədəlovun təhsil hüququnun pozulduğunu bildirib: “Elmin Bədəlov təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) rektorun 19 yanvar 2010-cu il əmrinə əsasən xaric edilib. Jurnalist dəfələrlə mətbuatda ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqlarından yazıb. Bu yazıların ardınca Elmin Bədəlov imtahanlardan qərəzli olaraq kəsilib. Jurnalist yerli məhkəmələrə müraciət etsə də, onun təhsil hüququ hələ də bərpa olunmayıb. Artıq yerli məhkəmələr jurnalistin şikayətinə baxmaqdan imtina edir. Elmin Bədəlovun yazılarına görə təzyiqə məruz qalması Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə (Hər kəsin fikir və söz azadlığı vardır) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsinə (İfadə etmək azadlığı) ilə ziddiyyət təşkil edir. “Gənclər Klubu” İctimai Birliyi tələbənin akademiyadan fikirlərini azad ifadə etdiyinə görə qovulduğunu xatırladır və ADNA rektorunu Elmin Bədəlovu akademiyaya bərpa etməyə çağırır”. Geri qayıt |