Əsas Səhifə > Gündəm, Manşet > RƏSUL QULİYEV DƏ BAKIYA QAYITMAQ İSTƏYİR
RƏSUL QULİYEV DƏ BAKIYA QAYITMAQ İSTƏYİR8-10-2011, 14:36 |
KEÇMİŞ SPİKER DÖNƏRSƏ, ÖLKƏNİN ALTI ÜSTÜNƏ ÇEVRİLƏR DİA.AZ: - Eks-prezidentlər haqqında qanunun qəbulundan vətənə dönüşü mümkün olacaq Ayaz Mütəllibova olan bu münasibət digər siyasi mühacir - sabiq parlament sədri Rəsul Quliyevdə də müəyyən ruh yüksəkliyi yaradıb. Bu barədə redaksiyamıza Rəsul Quliyevin rəhbəri olduğu Açıq Cəmiyyət Partiyasından məlumat veriblər. Məlumatlı mənbənin «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) bildirdiklərindən belə məlum olur ki, Rəsul Quliyev artıq Azərbaycana dönə bilməsi üçün hakimiyyətin çox nüfuzlu simaları ilə danışıqlar aparır: «Rəsul bəy israrlıdır və hətta araya ABŞ-ın nüfuzlu dövlət adamlarını da vasitəçi kimi salıb». Amma belə bir ovqatın ACP-də hökm sürməsinə baxmayaraq, iqtidarda tamam fərqli ab-havadır. Bu məsələ ilə bağlı müraciət etdiyimiz hakimiyyətə yaxın şəxslərdən biri redaksiyamıza bildirdi ki, Rəsul Quliyev Azərbaycana yalnız hakimiyyət dəyişəndən sonra gələ bilər. Başqa bir variant mövcud deyil. Mənbəmizə görə, hazırda həbsdə saxlanılan keçmiş nazirlər - Əli İnsanov və Fərhad Əliyev ilkin olaraq məhz Rəsul Quliyevlə işbirliyinə gedərək Azərbaycanda dövlət çevrilişinə cəhddə ittiham edilib, həbs olunublar: «Doğrudur, onlar bu gün məhbəsdə korrupsiya ittihamı ilə saxlanılırlar. Amma onlara qarşı ilk ittihama rəsmən xitam verilməyib və məhkəmə qərarı ilə bu işin araşdırılması Rəsul Quliyevin həbsindən sonraya saxlanılıb». Yəni Rəsul Quliyev həbs olunduqdan sonra hər iki nazirə qarşı yeni ittiham irəli sürülə bilər. Mənbə bildirir ki, belə bir şəraitdə Rəsul Quliyevin kimləri araçı tutmasının heç bir önəmi yoxdur: «O da prezident olmayıb ki, yeni qanundan faydalanıb vətənə qayıda bilsin»… Geri qayıt |