Əsas Səhifə > Güney Press, Araşdırma > BƏYLƏR ƏYYUBOV BÖYÜK PULLARA ÜMİDLİDİR
BƏYLƏR ƏYYUBOV BÖYÜK PULLARA ÜMİDLİDİR9-04-2012, 15:39 |
XDMX RƏİS MÜAVİNİNİN «KRIŞA» BİZNESİ MÖVSÜMÜ BAŞLAYIR Azərbaycanda evlərin, sosial obyektlərin asbest şiferli dam örtükləri dəyişdiriləcək. Bununla bağlı Nazirlər Kabineti (NK) yerli icra hakimiyyəti orqanlarına xidməti məktub göndərib. Artıq Ucar, Hacıqabul, Kürdəmir, Göyçay, rayonlarında damı asbest şiferlə örtülmüş fərdi yaşayış evlərinin, sosial obyektlərin dəqiq sayının müəyyən edilməsi üçün siyahıyaalma işləri görülür. Hökumətdəki mənbələr də asbest örtüklü damların dəyişdirilməsi məsələsinin gündəmdə olduğunu təsdiqləyirlər. Lakin hələlik bununla bağlı hökumətin rəsmi qərarının olmadığı, sadəcə ilkin təhlil və araşdırmalar aparıldığı deyilir. Nazirlər Kabinetindən bununla bağlı xidməti məktubun martın 19-da rayon icra hakimiyyətinə daxil olduğunu bildirən həmsöhbətimiz sorğunun mahiyyətinin nədən ibarət olduğuna da aydınlıq gətirir. Məktubda sədəcə göstərilib ki, yerli rayon icra hakimiyyətləri orqanları öz əraziləri üzrə dam örtüyü asbest şiferdən olan tikililərin sayını müəyyənləşdirərək Nazirlər Kabinetinə təqdim etməlidirlər. Amma bizə daxil olan məktubda bu növ dam örtüyünün insan sağlamlığı üçün zərərli olması səbəbindən dəyişdirilməsi barədə heç bir ifadə yoxdur. Məlumata əsasən Göyçay rayonunda isə asbest dam örtüyü olan tikililərin siyahıya alma prosesi tamamilə yekunlaşıb. Adıçəkilən rayonda 1 milyon 13 min kvadratmetr sahə asbest şiferlə örtülüb: "İndi bu sahənin müasir tikinti materialı ilə əvəz edilib-edilməyəcəyi hökumətin qərarından asılı olacaq". Ekspertlər deyirlər ki, bu şiferin istismar müddəti 50 ildir. Maraqlıdır ki, kifayət qədər böyük pulların sərf edilməsi nəzərdə tutulan bu islahatlardan böyük qazanc əldə etmək oliqarx-məmurlar var. Bu barədə «gundeminfo.az» a daxil olan məlumatda deyilir ki, əslində ölkə ərazisində şifer örtüklü evlərin damının dəyişdirilməsi layihəsinin sifarişi prezidentin şəxsi mühafizə idarəsinin rəisi tərəfindən verilib. Azərbaycanda tikinti bazarının B.Əyyubovun nəzarətində olduğu yerli mətbuatda dəfələrlə yazılıb. Maraqlıdır ki, məhz NK-nın bu islahatlarla bağlı olaraq verdiyi qərarın dərhal icrasına başlanması ərəfəsində ölkəyə Rusiya və Fransadan 100-lərlə vaqon Onduline dam örtüyü gətirilib. Hazırda açıq bazara çıxarılmasa da, bui şlə məşğul olan sahibkarlar deyirlər ki, son zamanlar şiferdən fərqli hansısa dam örtüyünün gətirilməsinə də qeyri-rəsmi qadağalar tətbiq edilməyə başlayıb. Məlumatlara əsasən Bəylər Əyyubovun ölkəyə gətirdiyi dam örtüklərinin realizə edilməsi işi ən yüksək dairələrdən təşkil olunacaq. Bu dəyişikliklərin həyata keçirilməsində isə yerli icra nümayəndələri də iştirak edəcəklər. Hətta sosial baxımdan vəziyyəti ağır olan ailələrə güzəştlər ediləcək. Bununla belə dövlət və xüsusi obyektlərdə dam örtüklərinin dəyişidirləmsi işi sürətlənəcək və bu örtük dəyişmə əməliyyatından milyonlarla manat qazanılacaq. Geri qayıt |