Əsas Səhifə > Şou-biznes > “İLK TƏNQİDÇİM ÖZÜMƏM”
“İLK TƏNQİDÇİM ÖZÜMƏM”10-04-2012, 13:18 |
GƏNC MÜĞƏNNİ DƏVƏTDƏN NİYƏ İMTİNA EDİB? Bir neçə gün əvvəl gənc müğənni Aynişan Quliyeva iki möhtəşəm tədbirə dəvət almışdı. Bunlardan biri ABBA qrupunun yubileyi, biri isə «Amberstar» festivalında iştirakdan ibarət idi. Lakin o, dəvətlərin heç birini qəbul edə bilməyib. Səbəbi barədə özü Milli.Az-a danışıb: «Seriala dəvət almışam və bu səbəbdən getməyim çəkilişləri dayandıra bilərdi. Seçim üçün başqa variantım yox idi. Serial yeni başlayıb və çəkilişlər sürətlə aparılır. Heyət mənə görə neçə gününü itirməli idi. Ona görə də getmədim». Başqa bir dəvəti Rumıniyadan alan Aynişan bu səfəri gercəkləşdirəcəyinə ümid edir. O, axarına düşən serial çəkilişindən bir neçə gün ayırıb səfərə çıxmaq istəyir. Son vaxtlar barəsində yazılan yazılara müxtəlif yanaşmaların olduğunu diqqətdən qaçırmayan Aynişan bunlara biganə qalmır. Lakin o, özünə qarşı tənqidi kənarda deyil, öz içində axtardığını deyir. «İlk tənqidçim özüməm. Geyimimdə, tərzimdə, sənət təqdimatımda öncə özüm-özümlə hesabat aparıram. Kənardan özümə baxıram ki, məni necə qəbul edə bilərlər. Bu olmasa, inkişaf da olmaz», - deyə sənətçi bildirdi. Geri qayıt |