Əsas Səhifə > Sosial, Manşet > «BU GƏRGİNLİK HAKİMİYYƏTİ BİTİRƏCƏK»
«BU GƏRGİNLİK HAKİMİYYƏTİ BİTİRƏCƏK»10-04-2012, 13:34 |
İQTİDAR ADAMINDAN DİA.AZ-A ANONİM OLARAQ ŞOK AÇIQLAMALAR DİA.AZ: - Bu gün ölkədə vəziyyət çox gərgin həddə çatıb. Artıq hakimiyyətin öyünmə predmetinə çevrilmiş «stabillik» kimi məfhumlardan da əsər-əlamət qalmayıb. Sanki bir sistemsizlik və yaxud da dünənə qədər ört-basdır edilən pərakəndəlik hiss olunmaqdadır. Adi bir silkələnmə hakim düşərgənin sütunlarını ciddi şəkildə laxladıb. Və aydın olur ki, gücü yalnız siyasi müxalifətə hərbə-zorba gəlməkdən, ayrı-ayrı müxaliflərə torba tikməkdən ibarət olan güc strukturları da müəyyən qrupların qarşısında əməlli-başlı acizdirlər. Bununla bağlı DİA.AZ-a anonim olaraq açıqlama verən məmurlardan biri çox ilginc faktları açıqladı. Həmsöhbətimiz ilk olaraq mövcud mənzərəni təsvir etdi: «Vəziyyət çox gərgindir. Kriminogen durum demək olar ki, nəzarətdən çıxıb. Hələ görüntüdə olanı budur. Olduqca maraqlı qüvvələr var ki, bu gün azərbaycanda «Avroviziya» yarışmasının baş tutmasını istəmirlər. Burada hətta erməni kəşfiyyatının da yetərincə payı var. Kimsəni kiçiltmək, heçə saymaq olmaz». Həmsöhbətimizə görə, hakimiyyət bu gərginlikdə tam çaşqın vəziyyətə düşüb: «Bu gərginlik hakimiyyəti bitirə də bilər. Çünki nəzarət etmək, prosesləri kontrola almaq, təqib etmək çox çətinləşib. Doğrudur, Azərbaycan hakimiyyətinə kənardan dəstək verənlər də var. Amma diqqət yetirin, dəstək verənlərin sayı məhdud, amma hədəfə alanların sırası çox genişdir. Belə situasiyada yalnız xalqa söykənən hakimiyyətlər duruş gətirə bilərlər». Baş verənlərin və baş verə biləcəklərin şiddətinin Azərbaycan üçün aruzolunmaz ollduğunu bildirən həmsöhbətimiz onu da vurğuladı ki, bu gün Milli Təhlükəsizlik Nazirliyinin və eləcə də Daxili İşlər Nazirliyinin çiyinlərinə çox böyük məsuliyyət düşür: «Cənablar, artıq qarşınızda əliyalın müxalifət deyil. Ciddi güclər bu işdə maraqlıdır. Göstərin, məharətinizi»… Geri qayıt |