Əsas Səhifə > Dünya > POLİS VİTSE-POLKOVNİKİ RÜŞVƏTƏ GÖRƏ TUTULDU
POLİS VİTSE-POLKOVNİKİ RÜŞVƏTƏ GÖRƏ TUTULDU10-04-2012, 15:27 |
TİFLİS DƏ ANTİKORRUPSİYA TƏDBİRLƏRİNƏ GEDİR Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Baş Müfəttişliyi korrupsiya faktı üzrə yüksəkrütbəli polis əməkdaşını həbs etib. Trend-in məlumatına görə, Gürcüstan DİN-dən bildirilib ki, Tbilisi Baş Polis İdarəsinin Kadrlar və mütəşəkkil təminat idarəsinin rəis müavini, vitse-polkovnik David Rexviaşvili 60 min lari (təqribən 37 min dollar) alması faktı üzrə saxlanılıb. O bu məbləği "İndustriya-2" MMC-dən rüşvət şəklində alıb. Buna səbəb şirkətin DİN-in qarajının tikintisi üzrə tenderin qalibi elan edilməsi olub. Saxlanılan şəxs günahını etiraf edib. Əgər məhkəmədə onun günahı təsdiq edilsə, vitse-polkovniki 15 ilədək həbs cəzası gözləyir. Geri qayıt |