Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ İNSANOV AVROPADAN CAVAB GÖZLƏYİR

ƏLİ İNSANOV AVROPADAN CAVAB GÖZLƏYİR


10-04-2012, 16:12
ƏLİ İNSANOV AVROPADAN CAVAB GÖZLƏYİR

“SABİQ NAZİRİN SƏHHƏTİNDƏ PROBLEM YOXDUR”

Keçmiş səhiyyə naziri Əli İnsanovun 13 saylı jəzaçəkmə müəssisəsində zəhərlənməsi ilə bağlı bəzi KİV-də yayılan məlumatlar həqiqətəuyğun deyil. O, özünü yaxşı hiss edir, səhhətində problem yoxdur. Bu barədə vəkil Toğrul Babayev bildirib. Onun sözlərinə görə, dünən Ə.İnsanov ailə üzvləri ilə görüşüb.

Xatırladaq ki, bir sıra KİV Ə.İnsanovun yeməkdən zəhərlənməsi ilə bağlı məlumat yayıb. Qəzetlərin məlumatına görə, bir müddət öncə Ə.İnsanova əfv ərizəsi yazması təklif olunub. Keçmiş nazir bu təklifdən imtina edib.

Onu da xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkilərindən öncə dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətkarlıqla əvəz olunub və məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

2008-ci ilin aprelində Ə.İnsanov Azərbaycan məhkəmələrinin ədalətsiz hökmündən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib. Kommunikasiya işlərinin 2010-cu ilin iyulunda başa çatmasına baxmayaraq Avropa Məhkəməsi hələ də qərar qəbul etməyib. “Biz dəfələrlə Avropa İnsan Hüquqları Məhkəməsinə qərarın nə vaxt olacağı ilə bağlı müraciət etmişik. Avropa Məhkəməsi tezliklə iş üzrə qərarın qəbul ediləcəyini bildirir”, - vəkil bildirib. / Turan /


Geri qayıt