Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏTBUAT ŞURASI DA “AVROVİZİYA”NI MÜZAKİRƏ EDƏCƏK

MƏTBUAT ŞURASI DA “AVROVİZİYA”NI MÜZAKİRƏ EDƏCƏK


10-04-2012, 16:42
MƏTBUAT ŞURASI DA “AVROVİZİYA”NI MÜZAKİRƏ EDƏCƏK

QURUM MONİTORİNQ APARMAQ NİYYƏTİNDƏDİR

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Eurovision 2012" ilə bağlı müzakirələr aparılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Şuradan məlumat verilib.

"Eurovision 2012: Azərbaycan həqiqətləri yerli və xarici mediada" mövzusunda keçiriləcək "dəyirmi masa"da Azərbaycan jurnalistlərinin nüfuzlu mahnı musabiqəsinin keçirildiyi günlərdəki fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılacaq.

Azərbaycanda fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin, ictimai xadimlərin qatılacaqları tədbirdə "Eurovision 2012" beynəlxalq musiqi yarışması ilə bağlı yerli və xarici media orqanlarında gedən materiallara diqqət yetiriləcək, onların spesifik xüsusiyyətləri barədə fikir mübadiləsi aparılacaq.


Geri qayıt