Əsas Səhifə > Gündəm, Manşet > SUMQAYIT «BAZARKOM»UNUN QƏBAHƏTİ
SUMQAYIT «BAZARKOM»UNUN QƏBAHƏTİ11-04-2012, 12:05 |
BAZAR MÜDİRİ AĞAMIRZƏ ƏHƏDOV ƏLİ HƏSƏNOVU BELƏ VECİNƏ ALMIR DİA.AZ: - Bir neçə il əvvəl Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov sabiq prezident Heydər Əliyev haqqında kitab yazılmasını nəzarətə götürəcəkləri haqqında açıqlama vermişdi. O, hətta bildirmişdi ki, hər kəs Heydər Əliyev barəsində kitab yaza bilməz. Bu bəyanat elə bir dövrü əhatə edir ki, keçmiş prezident haqqında kütləvi şəkildə kitablar yazılır və bu nəşrlər büdcə təşkilatlarında, kommersiya obyektlərində məcburi şəkildə satılırdı. Hətta PA rəsmisi bu günlərdə də həmin məsələyə toxunmuşdu. DİA.AZ bildirir ki, ancaq Sumqayıtın «Kolxoz Bazarı»nın direktoru Hacı Ağamirzə Əhədovun Heydər Əliyev və İlham Əliyev haqqında yazdığı «Tufanlardan keçən ömür» və «XXI əsrin lideri» kitabları Əli Həsənovun göstərişinə əməl olunmadığının göstəricisidir. Hacı Ağamirzə həm də YAP-ın Sumqayıt təşkilatının Ağsaqqallar Şurasının sədridir. Onu da bildirək ki, Ağamirzə Əhədovun kitabının tərtibatı və məzmunu nəşrin hazırlıqsız işıq üzü gördüyünü göstərir. Konkret olaraq, həm «Tufanlardan keçən ömür», həm də «XXI əsrin lideri» kitablarının mündəricatları yoxdur. Çünki kitab fəsillərə bölünməyib və başlıqsız məqalələr arasında rabitədən danışmaq mümkün deyil. Xüsusilə nəşr korrektə və redaktə səhvləri ilə seçilir. Hər iki kitabın səhifələrində daha çox sabiq və indiki dövlət başçısının çıxışları yer alıb. Bunlara rəğmən, kitabların təqdimatında YAP-ın Sumqayıt təşkilatının sədri Asif İmaməliyev də iştirak edib. Təqdimat şəhərin Tarix Muzeyində keçirilib, orada iri ticarət obyektlərinin sahibləri, eləcə də məktəb və bağça direktorları iştirak ediblər. İcra hakimiyyətindən isə tədbirə heç kim qatılmayıb. Qeyd edək ki, Hacı Ağamirzə Əhədovun qardaşı Ağarza Əhədov ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Sumqayıt şöbəsinin rəisi vəzifəsindən azad edilib. Bu qurumda əvvəllər də yoxlamalar aparılıb və nəticənin müsbət olmadığı bildirilib. Hacı Ağamirzə isə uzun illərdir, Sumqayıtın «Kolxoz Bazarı»nın direktoru olub və «Karvan» MMC-ni təsis edərək bazarı özəlləşdirib. «Bazarkom» Ağamirzə Əhədovun bioqrafiyasında, həm də Azərbaycanın müstəqil mətbuatının tarixində acınacaqlı məqam odur ki, o, bir neçə dəfə media mükafatına layiq görülüb. Geri qayıt |