Əsas Səhifə > Güney Press, Araşdırma > HEYDƏR ƏSƏDOV NİYƏ NARAHAT OLMALIDIR?
HEYDƏR ƏSƏDOV NİYƏ NARAHAT OLMALIDIR?11-04-2012, 12:14 |
HESABLAMA PALATASI ÜÇÜN SƏBƏBLƏR Hesablama Palatası maliyyə hesabatının daha ənənəvi pozuntularını açıqlayıb. Nazirlər Kabineti üçün tövsiyələrdə neçənci ildir narahatlıq üçün səbəblər göstərilir. Bu səbəblərin birinci hissəsini təqdim edirik. Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərini həyata keçirən nazirliklər maliyyəni qurumun təşkilaatları arasında bölürlər, bu isə xərclər smetasında çoxsaylı dəyişikliklərə səbəb olur (artım istiqamətində). Bu, "Dövlət satınalmaları haqqında” qanunun pozulmasıdır. Təhsil, səhiyyə və sosial müdafiə müəssisələrində ərzaq, paltar, inventar silinir. Bu təşkilatlara hər il şişirdilmiş dövlət vəsaitləri yönəldilməsinə baxmayaraq, xüsusi əvəzsiz ianələr praktikası da var. Nəticədə funksionerlər yalnız büdcə ayırmaları barədə hesabat verirlər. Bu isə humanitar yardımların mənimsənilməsinə gətirib çıxarır. Yerli sosial müdafiə fondları maaş haqda arayışlarda şişirdilmiş rəqəmlər göstərirlər, Belə çıxır ki, adresatlar ölkədəki orta maaşdan çox məvacib alırlar. Bir çox hallarda məşğulluq dövründə ünvanlı sosial yardım alanların icbari sosial sığortanı ödəməsi barədə arayışları olmur. DSMF-nin sığortalanların fərdi elektron sisteminin olduğu təqdirdə bu, yolverilməzdir. Xüsusi kurslara (avtomobil sürülməsi, maşın yazısı, toxuma, tikiş, kompüter və s.) ayrılan vəsaitlər silinir. Məsələn, Zaqatalada 4 kompüterin elektrik təminatına 145,3 manat yazılıb. Şirvanda potensial dərzilər üçün xərclər orta göstəricidən iki dəfə çox olub. Demək olar ki, hər yerdə imtahan öncəsi hazırlıq kursları yarımqruplara bölünür. Bu isə ştat cədvəlinin şişirdilməsinə gətirib çıxarır. Respublika miqyasında bu hərəkətlər büdcəyə milyonlarla manata başa gəlir. 30 mart 2006-cı ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan İnvestisiya Şirkəti yaradılıb. Bunun üçün 2009-cu ildə ARDNF-dən 70 mln manat nizamnamə kapitalı ayrılıb. Şirkət yaranandan indiyədək dividend ödənilməsinin mexanizmi müəyyən edilməyib. Mənfəətin hara getdiyi aydın deyil. İldən-ilə investisiya layihələri artır. Bu şəraitdə rəhbər aparat və tikinti administrasyasının saxlanması normativləri qaydaya salınmalıdır. Tikinti materiallarının, maşın və avadanlıqların alınması və başqa xərclər köhnə baza tarifi ilə yox, "bazar qiyməti" ilə həyata keçirilir. Bu sahədə işləri qaydaya salmaq üçün yeni normativ smeta sistemi formalaşdırılmalıdır. Yerli icra hakimiyyətləri ilə avtonom vergi ödəyicisi olmayan tiknti MMC-ləri arasında qarşılıqlı əlaqələrin normativ bazasına da ehtiyac var. Geri qayıt |