Əsas Səhifə > Güney Press, Araşdırma > QƏZET “BİLMƏMİŞİK” DEDİ
QƏZET “BİLMƏMİŞİK” DEDİ12-04-2012, 11:34 |
DANİMARKA MƏTBUATI BİZDƏN ÜZR İSTƏDİ Danimarkada fəaliyyət göstərən “Vətən” cəmiyyətinin sədri Səfər Sadiqi aprelin 12-də “Media forum” saytına açıqlama verib. O deyib ki, martın 30-da Danimarkada böyük tirajla nəşr olunan “Metro Xpress” qəzetində erməni təxribatı gedib: “Qəzetdə Dağlıq Qarabağa turist səfərlərinin təşkili ilə bağlı təbliğat məqaləsi verilmişdi. “Vətən” cəmiyyətinin təşkilatçılığı ilə Danimarkada yaşayan azərbaycanlılar adından qəzetə etiraz məktubu yazdıq. Məktubda Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu, erməni işğalına məruz qaldığı, BMT-nin torpaqların qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələr qəbul etdiyi, bu turist səfərlərinin bütün beynəlxalq hüquq və normalara zidd olduğu əksini tapmışdı. Bizə redaksiyadan cavab məktubu gəlib. Məktubda deyilir: “Məlumata görə sağ olun. Biz Dağlıq Qarabağın xəritədə Ermənistan ərazisində yerləşdiyini görmüşdük. Bu barədə ətraflı məlumat almaqda çətinlik çəkmişik. Gələcəkdə bunlar nəzərə alınacaq. Üzr istəyirik”. Səfər Sadiqi əlavə edib ki, “Vətən” cəmiyyəti yalançı erməni təbliğatına hər zaman cavab verməyə hazırdır. Geri qayıt |