Əsas Səhifə > Güney Press, Üçüncü sektor > PARTİYALARIN PUL MƏSƏLƏSİ 17 APRELƏ QALDI

PARTİYALARIN PUL MƏSƏLƏSİ 17 APRELƏ QALDI


12-04-2012, 11:38
PARTİYALARIN PUL MƏSƏLƏSİ 17 APRELƏ QALDI

MİLLİ MƏCLİS MÜZAKİRƏLƏRİ DAVAM ETDİRƏCƏK

Milli Məclisin (MM) növbəti plenar iclası aprelin 17-də keçiriləcək.

MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, iclasın gündəliyinə ümumilikdə 23 məsələ salınıb. Məsələlərin böyük əksəriyyəti müxtəlif qanunlara əlavə və dəyişikliklər edilməsi layihələridir.

“İnformasiya əldə etmək haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” qanunlara, həmçinin Mülki Prosessual Məcəllə, Meşə Məcəlləsi, Torpaq Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Vergi Məcəlləsi, Mənzil Məcəlləsi və s. qanunvericilik aktlarına əlavə və dəyişikliklər ediləcək.

Aprelin 17-də müzakirə ediləcək digər məsələ isə “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsidir. Layihənin elə həmin gün qəbul ediləcəyi gözlənilir.


Geri qayıt