Əsas Səhifə > Sosial, Manşet > “TEXNİKABANK” İŞİNDƏ DAHA BİR ŞOK
“TEXNİKABANK” İŞİNDƏ DAHA BİR ŞOK12-04-2012, 12:05 |
BOKT RƏHBƏRİ MTN-DƏ ETİBAR ƏLİYEVİN ƏLEYHİNƏ İFADƏ VERİB DİA.AZ: - "Texnikabank" işində yenilik. Dünən 15.00 da Etibar Əliyevin ən yaxın müttəfiqi "KredAqro" BOKT-un sabiq sədri, hal-hazırda "MolBulak" BOKT-un rəhbəri Eldar Cəfərov MTN-ə dəvət olunaraq 19.00-a kimi izahatı alınıb. Çox güman ki onun “etibarlı” şərikli biznesləri barədə Etibar Əliyevin əleyhinə izahatı alınıb. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Eldar Cəfərov Etibar Əliyevin əleyhinə izahat verib: “Məlum olduğu kimi onların bir çox ortaq biznesləri var. Bunlar "İnvest" BOKT, "Finans" Texnoloji BOKT, "Omini" BOKT bank olmayan kredit təşkilatları (hər birində hər iki şəxsin yaxın adamlarına aid 100.000-lə səhmlər var), Tovuz rayonu Düz-Qırıqlı kəndi ərazisində "Ocaq" şadlıq sarayı (Eldar Cəfərov həmin kənddən olsa da, Etibar Əliyevin anası o kənddəndir). Türkiyə və Rusiyadaki biznesləri, Bakıda şərik tikinti biznesi və ən əsası yeni yaranmış "MolBulak" BOKT-ki Etibar Əliyevin səhmlərinin həcmi MTN ərəfindən araşdırılan məsələlərdəndi”. Mənbəmiz iddia edir ki, Eldar Cəfərovun "KredAqro" BOKT-un direktoru işlədiyi vaxt Etibar Əliyevlə birlikdə etdiyi maxinasiyalar (əsasən ölmüş şəxslərin adına kreditlər rəsmiləşdirərək "Texnikabanka" məxsus "Alfa" Sigorta təşkilatı vasitəsiylə mənimsəmələr və filial ofislərinin tikintisində olan yeyintilərin miqdarı da hal-hazırda araşdırılır. Qeyd edək ki, "KredAqro" BOKT-un Baş Ofisində Daxili Nəzarətçi işləyən Etibar Əliyevin qardaşı Rafiq Əliyev Etibar Əliyev həbs olunan andan, təşkilatın yeni sədri Etibar Əliyevin “Texnikabank”dakı keçmiş işçisi Məcid Əsədov tərəfindən Rafiq Əliyevi Tovuz Filialına yerini dəyişərək, MTN-in diqqətindən kənarda qalmağa çalışsalar da, bu məsələdə istintaqa məlum olub. Qeyri-rəsmi məlumata görə Eldar Cəfərov “Texnikabank”da işləyən qardaşı Elçin Cəfərovda Etibar Əliyevlə tutulanlardandır. Geri qayıt |