Əsas Səhifə > Dünya > 1 İLDİR AXAN QAN DAYANDIRILDI

1 İLDİR AXAN QAN DAYANDIRILDI


12-04-2012, 12:22
1 İLDİR AXAN QAN DAYANDIRILDI

SURİYADA ANNAN PLANI İŞƏ DÜŞÜB: ŞÜKÜR...

Aprelin 12-də Suriyada atəşkəs elan olunub. İlkin məlumata görə, bu, hər hansı zorakılıqla müşayiət edilməyib.

Rəsmi Dəməşq aprelin 11-də söz verib ki, hərbi əməliyyatları dayandıracaq, amma «terrorçu» adlandırdığı qüvvələrə cavab vermək üçün ehtiyatı əldən verməyəcəyini bildirib.

Dünən ölkənin bir sıra bölgələrində, o cümlədən Homs şəhərində döyüşlər davam edib. Müxalifətin dediyinə görə, ötən gün 11 nəfər ölüb.

Döyüşlərin dayandırılması BMT-nin keçmiş baş katibi, BMT və Ərəb Ölkələri Liqasının xüsusi səfiri Kofi Annanın təşəbbüsü idi. Rəsmilər döyüşü bundan sonra davam etdirib-etdirməyəcəyinə dair hər hansı vəd verməyib, Annanın sözçüsü isə vurğulayıb ki, onlar buna məcburdurlar.

Vaşinqton isə Suriyanın öz vədinə əməl edəcəyinə inanmır.

Kofi Annan İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə mətbuat konfransında İranı zorakılığa qarşı mübarizəyə çağırıb və vəziyyət sonradan pisləşərsə, «ağlagəlməz nəticələri» olacağı ilə bağlı xəbərdarlıq edib.

BMT-nin məlumatına görə, Suriyada 2011-ci ilin martında başlayan silahlı münaqişə zamanı 9 mindən çox adam ölüb.


Geri qayıt