Əsas Səhifə > Dünya > YUNANISTAN PARLAMENTSİZ QALIB

YUNANISTAN PARLAMENTSİZ QALIB


12-04-2012, 12:27
YUNANISTAN PARLAMENTSİZ QALIB

MALİYYƏ BÖHRANI BU ÖLKƏNİ BİTİRƏCƏK NƏHAYƏT

Məlumata görə, Yunanıstan prezidenti Parlamentin buraxılması haqqında fərman imzalayıb. Yeni növbədənkənar seçkilər isə mayın 6-na təyin olunub.

Qeyd edək ki, həftənin əvvəlində ölkənin baş naziri yeni siyasi böhrandan qurtulmaq üçün bunu ölkə prezidentindən xahiş eləmişdi.

Qeyd edək ki, seçkilər büdcə kəsirləri barədə sərt tədbirlərdən sonra ilk dəfə keçiriləcək.

Xatırladaq ki, dövlət borcu ilə əlaqədar olaraq ötən il nazirlər kabineti istefaya getmişdi, bundan sonra isə koalisiya dövləti yaranmışdı. / FaktXeber.com /


Geri qayıt