Əsas Səhifə > Partiya > “İSA QƏMBƏR DEDİ Kİ”...
“İSA QƏMBƏR DEDİ Kİ”...12-04-2012, 12:37 |
“HƏR KƏS ÖZÜ İLƏ BEŞ NƏFƏR GƏTİRSİN” “Pənah Hüseyn qaçıb gizlənmişdi hansısa ot tayasının altında, biz neçə ildən sonra onu güclə tapıb gətirdik” “Biz əvvəlcədən də bəyan etmişdik ki, müxalifətin Azərbaycan xalqı arasında heç bir nüfuzu, sosial bazası yoxdur. Onlar artıq belə demək mümkündürsə, Azərbaycanda siyasətlə məşğul olmurlar, sadəcə olaraq, bütün etdikləri qazanc məqsədilə atılan addımlardır. Aprelin 8-dəki keçirilən aksiya mitinq yox, piket idi”. “Qafqazino” xəbər verir ki, bunu YAP icra katibinin müavini Siyavuş Novruzov partiyanın saytına müsahibəsində deyib. S. Novruzov deyib ki, mitinqə çoxlu sayda bayraq gətirib balaca-balaca uşaqların əlinə vermişdilər: “Orada əksəriyyət muzdla tutulan insanlar idilər ki, pulları verilmədiyi üçün onlar da həmin meydanı yarımçıq və əsəbi şəkildə tərk etdilər”... “Pənah Hüseyn belə bir ifadə işlədib ki, YAP-ın nümayəndələri meydandakı adamların çoxluğunu görüb oranı tərk ediblər və s. Birincisi, biz oranı tərk etməmişdik və axıra qədər qalıb vəziyyəti izləmişik. Tərk etmək, qaçmaq müxalifətin xüsusiyyətidir və onların ənənələrindən biridir. 1993-cü ildə bütün Azərbaycan xalqı gördü ki, başda prezidentləri olmaqla Azərbaycan xalqının taleyüklü bir dövrü olmasına baxmayaraq, Konstitusiyaya and içmələrinə baxmayaraq ölkəmizi ağır vəziyyətdə qoyub qaçdılar. Pənah Hüseyn Azərbaycanın ləl-cəvahirat fonduna süpürgə çəkərək qaçıb gizlənmişdi hansısa ot tayasının altında, biz neçə ildən sonra onu güclə tapıb gətirdik. İndi də demokratiyadan danışır. Əli Kərimli isə Kələkidə qaçıb gizlənmişdi, hansı ki, həmin vaxt dövlət katibi vəzifəsini daşıyırdı. İsa Qəmbər hansı dərədə gedib gizlənmişdi bəlli deyildi. Biz Azərbaycanda ictimai-siyasi sabitlik, demokratik mühit yaradandan sonra ortaya çıxdılar”... “Onu da qeyd edim ki, mitinq iştirakçılarının sayı ilə bağlı müxalifətçilərin özləri də ziddiyyətli fikirlər səsləndirirlər. İsa Qəmbər çıxışında təkrar edirdi ki, gələn dəfə hər kəs özü ilə beş nəfər gətirsin. Bu, bazardan toyuq almaqdır, qarpız almaqdırmı? İ.Qəmbər bir tərəfdən deyir ki, Müsavatın minlərlə üzvləri var, digər tərəfdən yalvarır, ilan dili çıxarır ki, söz verirsinizmi ki, gələn dəfə gələndə hərəniz beş nəfər də gətirəcəksiniz? Yəni burada söhbət əsla əqidə, ideologiya məsələsindən gedə bilməz”... Geri qayıt |