Əsas Səhifə > Partiya > ƏSƏDİN DOSTLARINA “DALĞA”LI ETİRAZ GƏLDİ
ƏSƏDİN DOSTLARINA “DALĞA”LI ETİRAZ GƏLDİ12-04-2012, 13:04 |
BAKIDA ÇİN ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB Aprelin 12-də “Dalğa” Gənclər Hərəkatı "Suriya dekadası" kampaniyası çərçivəsində Çinin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. Hərəkatdan “Media forum” saytına verilən məlumata görə, aksiyada 20-yə yaxın “Dalğa”çı iştirak edib. Onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinin Suriya prezidenti Bəşər Əsədin öz vətəndaşlarına qarşı törətdiyi qırğınlara dəstək verməsini, BMT-də Suriya rejimi əleyhinə hazırlanan qətnamələrə qarşı çıxmasını pisləyiblər. Aksiya iştirakçıları ingilis dilində yazılmış şuarlar qaldırıblar və üzərində Çin mütəfəkkirlərinin adları yazılmış köynəklər geyiniblər. Aksiya insidentsiz ötüşüb. Geri qayıt |