Əsas Səhifə > Partiya, Manşet > ƏLİ KƏRİMLİ VAHİD NAMİZƏD OLA BİLƏR

ƏLİ KƏRİMLİ VAHİD NAMİZƏD OLA BİLƏR


12-04-2012, 17:31
ƏLİ KƏRİMLİ VAHİD NAMİZƏD OLA BİLƏR

DİA.AZ-IN SORĞUSUNA QATILAN RESPONDENTLƏR BU QƏNAƏTDƏDİR

DİA.AZ: - «Dünya» İnformasiya Agentliyi tərəfindən uzun müddətdir keçirilən sorğu başa çatıb. Bildirək ki, neçə müddət idi portalımızın ziyarətçilərinə «Hansı müxalifət liderini dəstəkləyirsiniz» sualı ilə müraciət edərək onların rəyini öyrənməyə çalışırdıq.

Sorğumuzda yalnız bir dəfə səsvermə imkanının olduğunu qeyd edərək bildiririk ki, bu vaxta qədər 1250 nəfər öz rəyini açıqlayıb. Və yekun nəticəyə görə, həmin sayda respondentlərin etimadına daha çox AXCP sədri Əli Kərimli layiq görülüb. 438 səslə 35 faizdən çox resopendent etimadına layiq görülən Əli Kərimli ondan sonra ikinci yerdə dayanan Müsavat başqanı İsa Qəmbəri az qala iki dəfə üstələyir: 286 səs, yəni 22.88% respondentin etimadı…

Beləliklə yekun nəticələri diqqətinizə çatdırırıq:

Əli Kərimli - 438 (35.04%)

İsa Qəmbər - 286 (22.88%)

Mirmahmud Mirəlioğlu - 72 (5.76%)

Rəsul Quliyev - 214 (17.12%)

Etibar Məmmədov - 52 (4.16%)

Lalə Şövkət Hacıyeva - 188 (15.04%)

Ümumi cavab sayı: 1250

Onu da bildirək ki, «Dünya» İnformasiya Agentliyi olaraq bu andan etibarən ikinci sorğu ilə də portalımızın ziyarətçilərinin münasibətlərini öyrənmək fikrindəyik. Bu dəfə isə oxucularımız «Azərbaycan üçün hansı qüvvə daha təhlükəlidir» sualını cavablandırmalıdırlar. Qeyd edək ki, cavab versiyaları aşağıdakılardır:

- Vəhabilər
- İran meyilli dindarlar
- Nurçular
- Siyasi müxalifət
- Hakimiyyət

Sorğumuzda fəal olun ki, nəticələr ürəyinizcə olsun…


Geri qayıt