Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏTİN KADR İSLAHATI SİRRİ

HAKİMİYYƏTİN KADR İSLAHATI SİRRİ


13-04-2012, 11:51
HAKİMİYYƏTİN KADR İSLAHATI SİRRİ

NƏDƏN HƏTTA İCRA BAŞÇILARINDAN BELƏ ASANLIQLA İMTİNA OLUNMUR?

DİA.AZ: - Məlum olduğu kimi, bir neçə gün əvvəl prezident İlham Əliyev daha bir neçə rayonunun icra başçısının yerini dəyişdirdi. Yalnız Yardımlı rayonunun rəhbəri olmuş Xəzər Aslanov heç bir yerə təyinat almadı. Bu siyasət isə haqlı olaraq hakimiyyətin kardinal kadr islahatlarından ehtiyatlanması təəssüratını yaratmaqdadır.

Bu barədə DİA.AZ redaksiyasını bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər mənbə bildirir ki, əslində hakimiyyətin yenilənməsinin fundamental şəklini görmək mümkün olmayacaq: «YAP iqtidarı sübuta yetirib ki, hansısa məmurdan asanlıqla imtina olunmur. Və imtina zamanı da tamam fərqli meyarlar nəzərə alınır. Yəni «ay bu adam xalqı incidir», «ay bu adam çox ciddi yeyintiyə yol verib» şəklində olan dəyərləndirmələr mövcud deyil. Hətta Qubanın icra başçısı olmuş Rauf Həbibovu özü belə heç də qubalıları təhqir etməsinə görə vəzifəsindən alınmadı. O, sadəcə olaraq etiraza qalxanların susdurulmasında zəiflik etməsi səbəbindən «vuruldu». Yəni YAP iqtidarı tamam fərqli şəkildə idarə olunur».

«Elə buna görə də həm indilərdə cərəyan edən və həm də bundan sonra baş verəcək kadr islahatları zamanı ehtiyatlılıq prinsipi hakim elita üçün prioritet təşkil edəcək» deyən mənbəmiz onu da vurğuladı ki, bunun başlıca səbəbi mövcud komandanın hazırki idarəetmə prinsiplərinə tam olaraq uymasıdır: «Daha bu heyətdən yaxşısına iddialı deyillər. Və zaman-zaman müşahidə olunacaq dəyişikliklər isə kosmetik xarakter daşıyacaq».


Geri qayıt