Əsas Səhifə > Partiya > İCRA BAŞÇISI MÜXALİFƏTİ HƏDƏFƏ ALIB

İCRA BAŞÇISI MÜXALİFƏTİ HƏDƏFƏ ALIB


13-04-2012, 12:02
İCRA BAŞÇISI MÜXALİFƏTİ HƏDƏFƏ ALIB

MİTİNQDƏ İŞTİRAK ETMƏLƏRİ SAATLIDA VƏZİYYƏTİ QARIŞDIRIB

İctimai Palatanın 8 aprel mitinqindən sonra hakimiyyət 22 aprel mitinqinə insanların kütləviliyinin qarşısını almaq üçün ciddi fəaliyyətə keçmişdir. Daxil olan məlumata görə, sosial problemlərlə dolu olan aran rayonlarından Ictimai Palatanın mitinqinə dəstək verən ADP Saatlı rayon Gənclər şöbəsinin sədri İlham Həziyevə rayon rəhbərliyi tərəfindən təzyiqlər edilir.

İlham Həziyev Saatlı rayon icra hakimiyyətinin 1-ci müavini İlham Quluyev tərəfindən həmin rayonun icra hakimiyyətinə çağırılaraq onun bu yoldan çəkilməyinin ADP Gənclər Təşkilatından istefa verib bizim tərəfə keçməyini təklif etmişdir.

ADP Saatlı rayon Gənclər şöbəsinin sədri İlham Həziyev öz növbəsində bildirmişdir ki, onun tutduğu yol şərəfli yoldur və heç vəchlə partiya yoldaşlarıma xəyanət edib bu yoldan dönməyəcək.



Xatırladırıq ki, İlham Həziyev Bakıda işlədiyindən həmdə ADP Gənclər Təşkilatının İdarə heyətində və Bakı İinformasiya Agentliyinin müxbiri kimi çalışır. Saatlı Rayon İcra Hakimiyyəti narahatçılığı İlham Həziyevin bölgə gənclərinə stimul verərək onları hakimiyyət əleyhinə qaldırması və yaxın gələcəkdə Saatlıda böyük etiraz aksiyası təşkil etməsi ehtimalıdır.

Qeyd edək ki, 8 apreldə ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyevlə Səbayel rayon polis idarəsinin rəis müavinin Kamal Vəlişov arasındakı insidentdən sonra təşkilatın aktiv üzvləri izlənməkdə davam edilir.

Oxşar hallar ADP-nin Binəqədi rayon təşkilatının sədri Şəhla Hacıyevaya və üzvü Gülsurə Məmmədova ilə də baş vermişdir. Belə ki, 8 apreldə Binəqədidən kütləvi halda insanları mitinqə cəlb edən Şəhla Hacıyeva və Gülsurə Məmmədova mülki geyimli şəxslər tərəfindən izlənməkdədir. Qarşıdan gələn 22 aprel mitinqinə ciddi hazırlaşan ADP-çi aktivistlər hakimiyyətin repressiya maşının qurbanı olması təhlükəsi ilə üz-üzədir. Bu məsələlərlə əlaqədar ADP Gənclər Təşkilatı artıq Hüquq müdafiəçilərinə müraciət etmişdir.


Geri qayıt