Əsas Səhifə > Şou-biznes > QARAMOLLAYEVADAN YENİ KLİP GƏLİR
QARAMOLLAYEVADAN YENİ KLİP GƏLİR13-04-2012, 12:17 |
MÜĞƏNNİYƏ ÇƏKİLİŞ ÜÇÜN YAXTA LAZIMDIR Müğənni Kəmalə Qaramollayeva yayın əhvalına uyğun klip çəkdirəcək. Ssenarisi bəlli olan klipdə həm müğənni, həm də çəkildiyi yerlər diqqət çəkəcək. Xəbəri Milli.Az-a müğənni özü bildirib. Klipi çəkiləcək mahnının müəllifi həmkarı Rəhim Rəhimli olduğundan o, klip üçün bəzi ideyalar verib. Rəhimin klipdə çəkilib-çəkilməyəcəyi hələlik bəlli olmasa da, sənətçi müğənninin büdcəsini silkələyən ideyalar verib. Öyrəndik ki, Kəmalənin klipi elə bir yaxtada çəkilməlidir ki, eləsinə Azərbaycanda rast gəlinməyib. Bu səbəbdən də klipin xaricdə, komfortlu və arzuolunan geniş yaxtanın ola biləcəyi bir ölkədə çəkilməsi düşünülüb. Amma klipdə hədəf yaxta deyil, sənətçi özü olacaq. Rejissor onu maraqlı, əsasən də şıltaq qız obrazında çəkəcək. «Çəkilişi indi də başlaya bilərdik. Amma bizə isti yay havası lazımdır. Sabah sinoptiklər yağış elan ediblər. Qorxuruq ki, təbiətin şıltaqlığı işimizi ləngidər və istədiyimiz effekti ala bilmərik. Onu da qeyd edim ki, mən 3-4 geyimdə - müasir, yayın əhvalına uyğun geyimlərdə çəkiləcəm», - deyən Kəmalə Qaramollayeva sıradan bir kliplə ekranda görünməyəcəyini xatırlatdı. Klipin büdcəsinin isə bəlli olmadığını qeyd etməklə, konkret rəqəm açıqlamadı. Geri qayıt |