Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZƏ KİMİN GÖZÜ DƏYİB?

MÜĞƏNNİMİZƏ KİMİN GÖZÜ DƏYİB?


13-04-2012, 12:21
MÜĞƏNNİMİZƏ KİMİN GÖZÜ DƏYİB?

KÖNÜL KƏRİMOVAYA YENİ MAŞINI DÜŞMƏDİ

Müğənni Könül Kərimova gözə, nəzərə inanandır.

İnandığı üçün ona düşərli olmayan ən bahalı əşyasından belə imtina edir. Bu günə qədər bir neçə avtomobili olan sənətçi onları rahat istifadə etdiyi halda, sonuncu onun əhvalına soğan doğrayıb. Müğənni hətta depressiyaya düşüb və avtomobili əziz adamına bağışlayıb. Özü bu haqda Milli.Az-a danışır:

«Sonuncu avtomobilim «Audi» markalı idi. Mənim üçün bahalı-ucuz söhbəti olmur. Əgər əlimdən tutursa, ən dəyərli vasitə bilirəm. Amma sonuncu avtomobilim bahalı idi. Hər gün müxtəlif yerlərə gedirəm və avtomobilin saz olması mənim üçün vacibdir. Kreditlə onu alıb gətirdim. Elə həmin gündən vəziyyətim pisləşdi. Problemlər baş qaldırdı. Səhhətim günü-gündən ağırlaşırdı. Vəziyyət o həddə çatdı ki, artıq depressiyaya düşdüm. Fikirləşdim ki, 4 təkərə görə özümü məhv edə bilmərəm. Qismətə inanan adamam. Başa düşdüm ki, bu, mənim qismətimə yazılmayıb. Xeyir-dua ilə bağışladım qardaşıma».

Ondan sonra problemləri sovuşan müğənni bahalı avtomobili olmasa belə, özünü rahat hiss etdiyini deyir.

«Hər zaman əzizlərimə əl tutmuşam. Qardaş-bacım üçün mən ana əvəziyəm. Özləri həmişə belə deyirlər. Söhbət maddiyyatdan getmir. Bəlkə, balalarımdan da çox sevirəm onları. Bir əşya məni narahat etdiyi üçün onu bağışlamıram. Bunu ürəyim istədiyi üçün edirəm», - deyə sənətçi bildirdi.


Geri qayıt