Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DÜNYA ÇEMPİONUMUZU QƏTLƏ YETİRƏN BAĞIŞLANMADI

DÜNYA ÇEMPİONUMUZU QƏTLƏ YETİRƏN BAĞIŞLANMADI


13-04-2012, 12:33
DÜNYA ÇEMPİONUMUZU QƏTLƏ YETİRƏN BAĞIŞLANMADI

QATİLİN İDDİASI RƏDD EDİLİB

Bakı Apellyasiya Məhkəməsində uşu və qaydasız döyüş üzrə dünya çempionu Miramil İbrahimlini qətlə yetirməkdə təqsirləndirilən Çingiz Allahverdiyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, 2011-ci il iyunun 20-də Mərdəkan qəsəbəsində “Tropikanka” çimərliyində Çingiz Allahverdiyev tapançadan atəş açaraq M. İbrahimlini ağır yaralayıb. Şəhər xəstəxanasına çatdırılan Miramil İbrahimli elə oradaca dünyasını dəyişib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç. Allahverdiyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, Miramil İbrahimli qaydasız döyüş üzrə dünya çempionu adını qazanıb. O, 2008-ci ildən uşu üzrə 85 kiloqram çəkidə Azərbaycan çempionu olub.

Geri qayıt