Əsas Səhifə > Dünya > MER QIZININ NİŞANI QANA BOYANDI

MER QIZININ NİŞANI QANA BOYANDI


13-04-2012, 13:15
MER QIZININ NİŞANI QANA BOYANDI

BƏY OLMAQ DIĞAYA QİSMƏT OLMADI

Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyanla qohum olmaq istəyən Karen Yesayan aprelin 12-də qətlə yetirilib. “Media forum” saytı xəbər verir ki, ABŞ-dan yenicə qayıdan 27 yaşlı Karen Yesayan aprelin 12-də Gümrü merinin qızı ilə nişanlanacaqmış.

“Tert.am” məlumatına görə, aprelin 12-dən 13-nə keçən gecə Gümrü polisinin qarşısında İstintaq Komitəsinin müstəntiqi Vaqram Beybutyanı maşın vurub. Xəstəxanaya aparılarkən keçinən Vaqram Beybutyan Karen Yesayanın qətlini araşdırırımış.

Vaqram Beybutyanı vuran maşının sürücüsü Rafik Muradyan aprelin 13-də tutulub.


Geri qayıt