Əsas Səhifə > Dünya > DÖVLƏT BAXÇALI COŞDU, KÜKRƏDİ

DÖVLƏT BAXÇALI COŞDU, KÜKRƏDİ


15-04-2012, 11:33
DÖVLƏT BAXÇALI COŞDU, KÜKRƏDİ

“TÜRK ƏSGƏRİNİ İTTİHAM ETMƏK VİCDANSIZLIQDIR”

Türkiyədə müxalifət partiyası MHP-nin lderi Dövlət Baxçəli ölkədə “postmodern inqilabı” olaraq tanınan 1997-ci il 28 fevral hadisəsi ilə bağlı açılmış cinayət işi haqqında açıqlama verib.

SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, partiya iclasında çıxış edən D.Baxçəli istintaq işi çərçivəsində aralarında təqaüdçü general Çevik Birin də olduğu 31 nəfərin nəzarətə alınması hadisəsi ilə bağlı fikrini bildirib.

O deyib: "Çevrilişi kim və ya kimlər reallaşdırmaq istədisə, bu mövzuda hər növ planın, layihə və hazırlıq işlərinin aparılmasına kimlər müdaxilə ediblərsə, onların hüquq qarşısında hesab vermələri mütləq təmin edilməlidir. Necə ki, demokratiyanın etibarını və haqqını müdafiə etmək millətin iradəsini təmsil edən bizlərin vəzifəsidir. Sentyabrın 12-də parlamenti bağlayanlara, fevralın 28-də neytral mövqe tutaraq cinayət işləyənlərə, aprelin 27-də siyasətə şəkil və istiqamət verməyə çalışanlara layiq olduqları sanksiyalar tətbiq olunmalıdır".

Onun sözlərinə görə, çevrilişi edənləri bir-birində yaxşı ayırmalıyıq. Türkiyə Silahlı Qüvvələrininin fəaliyyətlərini şübhə altına salmamaq hamının, xüsusilə AKP hökumətinin diqqət etməsi lazlım olan vacib bir xüsusdur. Türk əsgərini nəticə etibarilə çevriliş edən kimi göstərmək, günahlandırmaq həm vicdansızlıq, həm də böyük haqsızlıq olacaq.


Geri qayıt