Əsas Səhifə > Sosial, Manşet > İSRAİLDƏN AZƏRBAYCANA HAKER DƏSTƏYİ

İSRAİLDƏN AZƏRBAYCANA HAKER DƏSTƏYİ


15-04-2012, 13:26
İSRAİLDƏN AZƏRBAYCANA HAKER DƏSTƏYİ

FARS-MOLLA REJİMİNİN TƏBLİĞAT MAŞININA QARŞI SAVAŞ AÇILDI

DİA.AZ: - Bir müddət əvvəl Azərbaycanın bir sıra dövlət qurumlarının və eləcə də ayrı-ayrı xəbər portallarının internet ünvanlarına haker hücumları təşkil edən İranın xüsusi xidmət orqanlarına rəsmi Bakıdan aram-aram cavab verilməkdədir. Xatırladaq ki, həmin hücumların ardından Azərbaycanın kiber mütəxəssisləri də İrana aid internet ünvanlarına hücum edərək, onların əksəriyyətinin işini iflic etməyə müvəffəq olmuşdular.

Məlumdur ki, Azərbaycanla İran arasında hələlik təbliğat müstəvisində cərəyan edən toqqquşmalar daha şiddətli mahiyyət alma təhlükəsini yaşamaqdadır. Elə buna görə də, müvafiq dövlət qurumlarımız İrana aid təxribaçı qüvvələrin əksəriyyətini zərərsizləşdirməyə müvəffəq olublar və bu kimi əməliyyatlar günü bu gün də davam etdirilməkdədir.

Bununla yanaşı, hər gün Azərbaycan əleyhinə təbliğatı ilə diqqətə gələn İranın xəbər portallarının da zərərsizləşdirilməsi işi həyata keçirilir. Və maraqlıdır ki, bu işdə Azərbaycana sözügedən sahədə kifayət qədər təcrübəli olan İsrail tərəfi də dəstək verməkdədir.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, İsrailin məxfi haker qruplarından biri məhz Azərbaycan əleyhinə fəaliyyəti ilə diqqətə gələn bir sıra xəbər portallarına müharibə elan edib. Mənbəmiz bildirir ki, artıq «arannyus» kimi məşhur fars-molla təbliğat maşını sıradan çıxarılıb və hədəfdə daha bir neçə təxribatçı İran saytı var.


Geri qayıt