Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SUMQAYITDA “TURAN DÖVLƏTİ” YARANDI
SUMQAYITDA “TURAN DÖVLƏTİ” YARANDI15-04-2012, 13:39 |
TÜRKİYƏ, AZƏRBAYCAN VƏ QUZEY KİPR BİR ARADA Sumqayıtda yenidənqurma və bərpadan sonra yeni ad və görkəm qazanmış “Turan” ailəvi istirahət mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Milli Məclisinin üzvləri, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurası Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəriİsmail Safi və Avrasya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri, EkoAVRASYA dərgisinin qurucu baş redaktoru Hikmət Ərən, Quzey Kıprıs Lefkə Avropa Universitetinin əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, habelə yerli iş adaamları, QHT və KİV təmsilçiləri, sənətçilər iştirak ediblər. Mərasimdə ailəvi istirahət məkanının qurucusu, iş adamı, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Sumqayıt şəhər təşkilatının sədri Mübariz Hacıoğlu, Azərbaycan Milli Məclisinin üzvləri Qənirə Paşayeva, Leyla Abdullayeva və Musa Qasımlı, Türkiyə Böyük Millət Məclisinin üzvü İsmail Safi, Quzey Kıprıs Lefkə Bələdiyyə başqanı Mehmet Zəfər,Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev,yazıçı-publisist Əkbər Qoşalı çıxış ediblər.Çıxışlarda Sumqayıtda həyata keçirilən yenidənqurma, tikinti-bərpa işlərinin bugünkü səviyyəsi, şəhərin abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və bu tədbirlər çərçivəsində yeni sosial-mədəni ünvanların, ictimai iaşə obyektlərinin meydana gəldiyi, özəl sektorun inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, Sumqayıt bu gün “Turan”la yeni bir ictimai iaşə obyekti qazanmışdır və burada bir restoranın, ailəvi istirahət mərkəzinin müştərilərə verə biləcəyi çağdaş standartlar təmin edilib. Rəmzi lent kəsiləndən sonra istirahət məkanı ilə yaxından tanışlıq olub. Mərasim iştirakçılarına bilgi verilib ki, “Turan” eyni zamanda 160 müştəriyə xidmət göstərməyə qabildir. Burada 30 nəfər əməkdaş xidmət göstərir. Mərkəzdə açıq internet, iri monitorlar, səstənzimləyicilər və s. – bir sözlə, çağdaş informasiya kommunikasiya texnologiyaları tətbiq olunmaqdadır. Ədəbi-bədii musiqili proqramla davam edən gecənin gedişində TBMM-nin üzvü İsmail Safi Mübariz HacıoğlunaAvrasya QHT Əməkdaşlıq Dərnəyi adından plaket təqdim edib. Eyni zamanda AVMVB adından İsmail Safi və Hikmət Ərənə, habelə millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlıya, eləcə də DGTYB başqanı Əkbər Qoşalıya plaketlər təqdim edilib. Gecədə əməkdar artistlər Tünzalə Ağayeva və Şəmistan Əlizamanlı maraqlı proqramla çıxış ediblər. Geri qayıt |