Əsas Səhifə > Dünya > RUSİYA SƏFİRLİYİ ATƏŞƏ TUTULDU

RUSİYA SƏFİRLİYİ ATƏŞƏ TUTULDU


15-04-2012, 16:53
RUSİYA SƏFİRLİYİ ATƏŞƏ TUTULDU

ƏFQANISTANDA VƏZİYYƏT QARIŞIB

Rusiyanın Kabildəki səfirliyi naməlum şəxslər tərəfindən qumbaraatanlardan atəşə tutulub. Bu barədə Əfqanıstan mətbuatı ölkə parlamentində olan mənbələrə istinadən məlumat yayıb. Eyni zamanda parlament binasının da atəşə məruz qaldığı bildirilir.

SalamNews İTAR-TASS-a istinadən xəbər verir ki, bazar günü Kabildə ən azı 7 partlayış baş verib. Partlayışlar Böyük Britaniya və ABŞ səfirlikləri yaxınlığında törədilib. Şahidlər Almaniya səfirliyinin yerləşdiyi rayonda da qatı tüstü müşahidə olunduğunu bildiriblər.

Hələlik mümkün qurbanlar haqqında heç bir məlumat verilmir. Jurnalistlərin Rusiya səfirliyi ilə əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb. Rəsmi mənbələrdən də açıqlama daxil olmayıb.

Rusiyanın RBK agentliyi isə məlumat verib ki, bu gün terror aktı nəticəsində Əfqanıstanda Mahmudraki şəhərinin polis rəisi həlak olub. Can Faizinin avtomobili məsafədən idarə olunan bomba ilə partladılıb. Komandirlə bərabər 3 zabit də dünyalarını dəyişiblər.

Hələlik heç bir terror qruplaşması baş verənlərə görə məsuliyyəti üzərinə götürməyib.


Geri qayıt