Əsas Səhifə > Partiya > RƏSUL QULİYEVİN BLOKU DAĞILIR
RƏSUL QULİYEVİN BLOKU DAĞILIR16-04-2012, 11:55 |
PARTİYA SƏDRİ BLOKUN İŞİNDƏN NARAZILIQ EDİR Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının daxilində bir sıra problemlər var. Bu barədə hərəkatın üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib. O bildirib ki, problemlər əsasən partiyaların fəaliyyətinin əlaqələndirilməsi, proseslərə baxışlar ətrafında yaranan fərqli fikirlərlə bağlıdır: “Həmçinin 2013-cü ilin prezident seçkilərinə qədər olan müddət ərzində hansı işlərin görülməsi, resursların uzlaşdırılması ilə əlaqədar olan məsələlərdə bir sıra problemlər var. Açığını deyim ki, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatındakı fəaliyyətlər mənim istədiyim qədər aktiv deyil”. Ə.Oruc deyib ki, hazırda gündəmi kütləvi aksiyalar tutduğu üçün 2013-cü ilə hesablanmış seçki qanununda dəyişikliklər, konkret olaraq seçki bloklarının və normal siyasi mühitin yaradılması istiqamətində işlər arxa plana keçib. / SalamNews / Geri qayıt |