Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZ OĞLUNDAN AYRILMALI OLUR

MÜĞƏNNİMİZ OĞLUNDAN AYRILMALI OLUR


16-04-2012, 12:17
MÜĞƏNNİMİZ OĞLUNDAN AYRILMALI OLUR

NURANIN ÖVLADI OXUMAĞA GEDİR

Müğənninin övladı nüfuzlu universitetlərdən birinin tələbəsi olmağa hazırlaşır.

Milli.Az-ın məlumatına görə, aprelin 15-də tanınmış estrada müğənnisi Nura Surinin ad günü olsa da, sənətçi şəxsi bayramını təntənəli şəkildə qeyd etməyi lazım bilməyib.

Əməkdaşımızla söhbəti zamanı Nura məclis təşkil etməyinə mane olan səbəblərdən danışdı:

"Bu il böyük oğlum Xosrov İngiltərədə yerləşən universitetlərdən birinin tələbəsi olmaq üçün imtahana hazırlaşır. Onun iddialı qərarını nə qədər sevinclə qarşılasam da, bir o qədər də narahatlığım var. Tanıyanlara məlumdur ki, hər üç oğluma necə bağlı olan anayam. Və bir də, heç vaxt uzun müddət bir-birimizdən ayrı düşməmişik. Təlaşlı əhvala kökləndiyimi görən Xosrov “niyə nigaransan, mən axı uşaq deyiləm?” sözlərini tez-tez işlətsə də, ana ürəyi başqadır. İnanın, özümlə bağlı hər şeyi ikinci plana keçirmişəm.

Qəbul imtahanları üçün lazım olan sənədləri artıq bəzi dünyaca məşhur ali təhsil ocaqlarına təqdim olunsa da, hələ hansı universitetin tələbəsi olacağını dəqiqləşdirməmişik. Çox güman ki, bu, Londonda yerləşən təhsil ocaqlarından biri olacaq. Başqa cür ola da bilməz. Həm Xosrov, həm də o biri oğlanlarım Bakıda yerləşən ingilis dilli məktəblərin birində təhsil alırlar. Onlar bu dildə çox mükəmməl danışırlar. Ümidvaram ki, hər şey yaxşı nəticə verəcək. Amma bilmirəm, məni məcburən oğlumdan ayıracaq bu xoş hadisə baş verdikdən sonra onsuz Bakıda necə qalacağam... Yəqin mən də Londona köçərəm".

Yazını yayımlamağa hazırladığımız vaxtda əldə etdiyimiz başqa bir məlumata görə, müğənni İstanbuldadır. Bu səfərin istirahət və ya yaradıcılıqla bağlı olması haqqında heç bir fikir səsləndirmək istəmirik. İnşallah, özü gələr, soruşarıq. Amma sonda gecikmiş olsaq da, istəkli Nura Surini ad günü münasibəti ilə təbrik edir, Allahdan həyatı boyu xoşbəxt günlər yaşamasını arzulayırıq.

Geri qayıt