Əsas Səhifə > Partiya > “HƏR KƏS MİTİNQDƏ İŞTİRAK EDƏ BİLƏR”
“HƏR KƏS MİTİNQDƏ İŞTİRAK EDƏ BİLƏR”16-04-2012, 12:25 |
“HÖKUMƏT BİLSİN Kİ, BU ÖLKƏ YİYƏSİZ DEYİL” Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı İctimai Palatanın təşkil etdiyi mitinqlərlə bağlı açıqlama verib. Deputat hesab edir ki, müxalifət qüvvələrinin bir araya toplaşaraq mitinq keçirməsi cəmiyyətdə birmənalı qarşılanmamalıdır. S.Rüstəmxanlı bildirib ki, rəhbərlik etdiyi partiyanın üzvləri İctimai Palatanın mitinqlərində sərbəst iştirak edə bilərlər. Bunun üçün onlara tam azadlıq verilib: “İctimai Palatanın keçirdiyi mitinqlərdə iştirak etmək üçün partiya üzvlərinə azadlıq verilib. İnsanların bir yerə toplaşaraq aksiya, yürüş keçirməsi Azərbaycan cəmiyyətində normal hala çevrilməlidir. Bu insanların hüququdur. Hakimiyyət də bilsin ki, bu ölkə yiyəsiz deyil, burada bir xalq var. Bu mənada mən buna normal baxıram. Həmin aksiyalarda partiyamızın üzvləri də iştirak edə bilərlər”. S.Rüstəmxanlı VHP-nin İctimai Palataya qoşulacağı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirərək qeyd edib ki, bu məlumatlar həqiqəti əks etdirmir. “Bizim belə bir planımız yoxdur. İctimai Palata da bizim seçkilərdə iştirak edib, amma orada yer qazanmamış sabiq namizədlər iştirak edirlər. Bu baxımdan biz partiya olaraq həmin təşkilata qoşulmayacağıq”-deyə millət vəkili əlavə edib. / Modern.az / Geri qayıt |