Əsas Səhifə > Şou-biznes > FAİQ AĞAYEV SAXTAKARLIQLA ÜZ-ÜZƏ
FAİQ AĞAYEV SAXTAKARLIQLA ÜZ-ÜZƏ16-04-2012, 13:33 |
XALQ ARTİSTİNİN VİRTUAL KOPYALARI ÇIXIB Xalq artistinin Facebook-da adından istifadə edənlərin siyahısı çoxalır. Milli.Az xəbər verir ki, tanınmış estrada ulduzu Faiq Ağayev fəal internet istifadəçisi olduğu halda, özünü "feyk"lərdən (saxta-yalançı) sığortalaya bilmir. Facebook sosial şəbəkəsində 3 min nəfərlə dostluq etdiyi halda, ötən həftə yuzerlərdən biri onun adı və soyadı ilə açdığı saxta profillə müğənnini “sevindirib”. Baş verən xoşagəlməz məqamı dostlarından öyrənən F.Ağayev dərhal səhifənin “feyk” olduğunu öz səhifəsində yerləşdirib. Ad və soyad eyni olsa da, yalançı Faiq Ağayevin doğum tarixi 5 may 1988-ci il kimi qeyd olunub. Fanatları yaxşı bilirlər ki, xalq artistinin səhnəyə gəldiyi tarix də bu illə eynilik təşkil edir. Kim bilir, bəlkə bu, sadəcə, pərəstişkar sevgisidir? Necə də olmasa, 100 % F.A-nın sözügedən sosial şəbəkədə bir neçə fanat səhifəsi var. Və onların bəzilərinə elə fanatların özləri nəzarət edirlər. Müğənninin sonuncu saxta profillə bağlı konkret hansı addım atacağı hələ dəqiqləşməsə də, sonda vurğulamaq yerinə düşər ki, saxta profili təkcə xəbərdə təqdim etdiyimiz şəkil bəzəyir. Geri qayıt |