Əsas Səhifə > Güney Press, Araşdırma > ƏHALİ DAHA ÇOX İŞLƏNMİŞ MAŞIN ALIR
ƏHALİ DAHA ÇOX İŞLƏNMİŞ MAŞIN ALIR16-04-2012, 13:36 |
KÖHNƏ MAŞINLARIN İDXALI ARTIB Azərbaycanda təkrar minik avtomobili bazarında artım var. 2012-ci ilin I rübündə Azərbaycana şəxsi istifadə və satış üçün 7,6 mindən çox işlənmiş avtomobil gətirilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2011-ci ilin I rübü ilə müqayisədə işlənmiş işlənmiş avtomobili idxalı 57,3% artıb. Maraqlıdır ki, avtomobillərin sayının artımı onların orta qiymətinin düşməsi fonunda baş verir. Əgər ötən ilin yanvar-martında bir işlənmiş avtomobil $8680-a bəyan olunurdusa, bu il bu göstərici $7403-a düşüb. Avtomobil tədarükçüləri bildirir ki, «vahid pəncərə» prinsipi tətbiq edilsə də, rüşvət aradan qalxmayıb. Mayın 1-dən Azərbaycana təhlkükəsizlik yastığı, ABS əyləc sistemi olmayan, avro standartlara cavab verməyən avtomobillərin idxalına qadağa tətbiq ediləcək. Geri qayıt |