Əsas Səhifə > Sosial, Manşet > PREZİDENTİN QOHUMUNA QARŞI İTTİHAM
PREZİDENTİN QOHUMUNA QARŞI İTTİHAM16-04-2012, 15:07 |
«ƏRİMİ İLQAR ƏLİYEVİN SİFARİŞİ İLƏ HƏBSDƏ ÇÜRÜDÜRLƏR» DİA.AZ: - Redaksiyamıza Yasamal rayonu, Nizami küçəsi 53 ünvanında yaşayan Abudlayeva Kəmalə Balaş qızı tərəfindən imzalanmış məktub daxil olub. Bildirək ki, sözügedən məktu eyni zamanda prezident İlham Əliyevə də ünvanlanıb və DİA.AZ-a daxil olan bu məktubda Abdullayevə dövlət başçısına onun öz qohumlarından şikayət edir. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq: «Artıq 8 aydan çoxdur ki, 2 azyaşlı uşağımla çətin maddi şəraitdə yaşayıram. Ailəmin yeganə qazanc gətirəni olan ərim Abdullayev Böyükağa Abdulla oğlu prezident İlham Əliyevin əmisi mərhum Aqil Əliyevin oğlu İlqar Əliyevin sifarişi əsasında baş prokurorluq tərəfindən şərlənərək tutulmuşdur. Artıq 8 aydır ki, ərim Böyükağa Abdullayev həbsdə - İlqar Əliyevin girovluğunda saxlanılır. Ərimin günahı odur ki, o, prezident İlham Əliyevin əmisi Aqil Əliyevlə şərikli «EKO servis KO» MMC-ni təsis edərək ona 25 faizlik payla şərik olmuşdur». Daha sonra əri həbs olunmuş Abudlayevə Kəmalə yazır ki, Aqil Əliyev dünyasını dəyişəndən sonra onların ailələrinin də dünyaları qaralıb: «Aqil Əliyev rəhmətə gedəndən sonra cəmiyyətin əmlakı üstündə mübahisə düşmüş və ərim Abdullayev Böyükağaqıq payını əlindən almaq üçün ona qarşı təzyiqlər başlayıb. Və bu təzyiqlərin sonunda ərim 22 iyul 2011-ci ildə həbs edildi». Daha sonra birbaşa olaraq prezident İlham Əliyevə müraciət edən məktub müəllifi yazır: «İlqar Əliyevin əlində milyardlarla ölçülən sərvət toplanıb. Bu qədər var-dövlət, sərvət ona bəs etmirmi ki, 3 azyaşlı körpənin çörəyinə göz dikir? Bu qədər sərvət ona bəs etmirmi ki, 8 aydır ərimi həbsxanada çürüdür? Allahdan qorxmurmu? Azyaşlı balalarımın çörəyini alıb, balalarına necə yedirdir? Balalarının Allahın qəzəbinə tuş gələcəyindən qorxmurmu?» Maraqlıdır ki, şikayətçi prokurorluqdan ona «ərinizin günahı yoxdur, onu İlqar Əliyevin sifarişi ilə tutmuşuq» sözünün deyildiyini də iddia edir: «Bu gün aparılan məhkəmədə də özbaşınalığa yol verilir. Ərimin heç bir xahişinə, tələbinə məhəl qoyulmur. Bunun da bir səbəbi var. Çünki sifarişin arxasında İlqar Əliyev dayanır. Onun xofu dayanır. Cənab prezident, sizə səs vermiş, əminizə sədaqətlə xidmət etmiş insanın başına hansı oyunlar açılır? Necə olur ki, Aqil Əliyev sağ olanda ərimə hörmətlə yanaşılırdı, o öləndən sonra hər şey əksinə dəyişib?» Daha sonra şikayətçi həyat yoldaşının azadlığa buraxılmasını və günahkarların cəzalandırılmasını da tələb edir. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |