Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “OĞLUMU VURAN BƏLLİDİR”
“OĞLUMU VURAN BƏLLİDİR”16-04-2012, 15:27 |
AMMA NƏDƏNSƏ GÜNAHKAR CƏZASIZ QALIB... Bu gün Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun konfrans zalında “Ayna” və “Zerkalo” qəzetlərinin əməkdaşı İdrak Abbasov, 5 yaşlı oğlunun yaşadığı Sulutəpə qəsəbəsində yerləşən 313 saylı uşaq bağçasının qarşısında avtomobillə vurulması və bu hadisəyə görə kimsənin cəzalandırılmamağına dair mətbuat konfransı keçirilib. İlkin olaraq hadisə haqqında məlumat verən İdrak Abbasov, hadisənin həyat yoldaşının gözü qabağında baş verdiyini bildirdi: “Hadisə mart ayının 6-da yaşadığım Sulutəpə qəsəbəsin yerləşən uşaq bağçasından həyat yoldaşım uşaqları götürərkən baş verib. Ağ rəngli VAZ 2107 və 90-HC-348 seriyalı avtomobil böyük oğlum Səid Abbasovu vuraraq hadisə yerindən qaçmışdır. Hadisə ilə bağlı dərhal təcili yardım və 102 xidmətinə məlumat verdim. Hadisə yerinə operativ olaraq təcili yardım və polis əməkdaşları gəldikdən sonra baş vermiş cinayətlə bağlı axtarışa başlanıldı. Həmin gün axşam saatlarında cinayəti törədən şəxsi taparaq polisə təhvil verdik. Qəzanı törədən əvvəllər cinayət törətmiş və sürücülük vəsiqəsi olmayan Azər adlı şəxs idi. Onu idarə etdiyi avtomobil isə tamamailə başqa bir adamın adına idi.” Sonra 40-ci polis bölməsindən qəzanı törədən şəxslə birgə Binəqədi polis bölməsinə getdiklərini qeyd edən İdrak Abbasov, onları qarşılayacaq müstəntiqin naməlum səbəbdən sabah gəlmələrini söylədiyini bildirdi: “Ertəsi gün özüm zəng elədim ki, bəs hadisə ilə bağlı hər hansı bir araşdırma aparmırsınız? Müstəntiq bildirdi ki, gəl ifadəni ver. Hadisə zamanı uşağın çoxlu paltar geyməsi səbəb olmuşdur ki, hər hansı bir sınıq və ya ciddi zədə baş versin. Lakin buna baxmayaraq uşağın başı və dodağı partlamışdı. Uşağı həkimlərdə müayinə etdikdən sonra, həkimlərin və tibbi ekspertizanın hadisə ilə bağlı təqdim etdiyi sənədlərin hamısını Binəqədi Rayon Polis İdarəsinə təhvil verdim. Lakin bu günə qədər hər hansı bir araşdırma aparılmayıb.” Hadisənin baş verdiyi ilk günlərdə ictimailləşdirmək istəmədiyini qeyd edən media nümayəndəsi, bunun səbəbini polisə qarşı olan inam və ehtirama görə etdiyini bildirdi: “Çox təəssüf ki, hadisənin üzərindən xeyli müddətin keçməsinə baxmayaraq cinayət törətmiş şəxs hər hanslı bir məsuliyyətə cəlb olunmayıb. Bunun nəticəsidir ki, 23 yaşlı Azər hazırda da Sulutəpə qəsəbəsində avtoxuliqanlıqla məşğuldur. Hətta məhlə uşaqlarına danışır ki, 200 dollar verib işdən canımı qurtardım. İşi yüngülləşdirərək qayıyay verəcəklər vəssəlam.” Sonra İdrak Abbasov qeyd etdi ki, hadisə haqqında hər hansı bir araşdırmanın aparılmaması müəyyən şübhələr doğurur: “Avtoxuliqanın hadisəni törədərkən ərazidən qaçması, şəxsiyyət vəsiqəsinin polisdə olması və yenə də həmin şəxsin avtoxuliqanlıqla məşğul olması məndə müəyyən şübhələr doğurur. Ola bilsin ya polis şəxsiyyət vəsiqəsini alıb saxlayıb ki, ailəmə qarşı hadisəni törətdikdən sonra qaytaracam ya da ki, həmin şəxsə bu hadisəni kimsə elətdirib. Çünki polis hadisəni törədən şəxslə bağlı heç bir tədbir görmür.” Sonda jurnalist vurğuladı ki, işi aparan müstəntiq sonuncu dəfə mənə bildirdi ki, sən düzgün adam deyilsən: “Məndə ona bildirdim ki, analoji hadisə sənin övladınla bağlı baş versəydi necə olardı? Görəsən sən necə reaksiya verərdin. Artıq baş verən hadisə ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etmişəm. Hadisədən sonra ailəm və mən müəyyən psixoloji stresslər keçirmişik. Övladlarımı bağçaya getməyə qoymuruq. Çünki ailəm üçün təhlükə mövcuddur. Buna görə də hadisənin ictimailləşdirməyi qərar verdim.” / FaktXeber / Geri qayıt |