Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AZƏRBAYCAN ÜÇÜN DƏHŞƏTLİ STATİSTİKA
AZƏRBAYCAN ÜÇÜN DƏHŞƏTLİ STATİSTİKA17-04-2012, 11:35 |
HƏR 2 SAATDA 1 KÖRPƏ DÜNYASINI DƏYİŞİR Azərbaycanda hər iki saatdan bir 1 körpə dünyasını dəyişir. APA-nın məlumatına görə, bu barədə UNİSEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Həyat üçün faydalı faktlar” toplusunun təqdimatı zamanı Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Sevil Əsədova bildirib. Onun sözlərinə görə, bu, qorxulu statistikadır: “Ancaq bunun qarşısını almaq mümkündür. Bu isə yalnız həkimlərdən asılı deyil. Bütün əhalinin, valideynlərin bu bilgilərə yiyələnməsi vacibdir. Çox təəssüf ki, Azərbaycanda Azərbaycan dilində valideynlər üçün kitablar çox azdır”. S. Əsədova bildirib ki, Azərbaycanda 3 milyon uşaqdan təxminən 10 faizi hələ də həll edilməmiş regional münaqişə üzündən torpaqlarından didərgin düşüb. Qeyri-adekvat qidalanma vərdişləri üzündən reproduktiv yaşda olan hər 4 qadından 3-ü, eləcə də hər 5 uşaqdan 2-si anemiyadan əziyyət çəkir. Hər 4 uşaqdan 1-i qısaboyludur. Hər 8 uşaqdan yalnız təxminən 1-i həyatının ilk 6 ayında müstəsna şəkildə ana südü ilə qidalanır. Bu isə qarşısının alınması mümkün olan uşaq xəstəliklərinin və problemlərinin yaranmasına səbəb olur. Geri qayıt |