Əsas Səhifə > Partiya > MİTİNQLƏ BAĞLI QƏRAR SABAH BƏLLİ OLACAQ
MİTİNQLƏ BAĞLI QƏRAR SABAH BƏLLİ OLACAQ17-04-2012, 12:02 |
MERİYA MÜXALİFƏTƏ CAVAB VERƏCƏK Bakı Şəhər İcra Hakimiyyəti 22 aprel mitinqi ilə bağlı cavabını sabah verəcək. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı deyib. O, bildirib ki, mitinqi keçirmək üçün onların göstərdiyi yerlər arasında 20-ci sahə olmasa da, BŞİH-nin təklif edəcəyi hala Koordinasiya Şurasıda müzakirə ediləcək. G. Aslanlı siyasi məhbuslar Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı və onun müvini Əhəd Məmmədlinin dünənki məhkəməsinin təxirə salındığını söyləyib. O, məhkəmənin bu gün keçiriləcəyini ehtimal edir. Xatırladaq ki, T. Abbaslı, Ə. Məmmədli ötən il aprelini 2-də İctimai Palatanın keçirdiyi aksiyada həbs olunublar. Geri qayıt |