Əsas Səhifə > Partiya > RƏSUL QULİYEVİN BLOKUNDAN İP-Ə İTTİHAM
RƏSUL QULİYEVİN BLOKUNDAN İP-Ə İTTİHAM17-04-2012, 12:35 |
“İCTİMAİ PALATAYA ETİMAD ÇOX AZDIR” “Bu gün Azərbaycan cəmiyyətinin İctimai Palatanın liderlərinə olan etimad limiti çox azdır”. Bunu Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Onun sözlərinə görə, bunun başlıca səbəbi həmin liderlərin 20 il yaxın siyasi səhnəni zəbt etməsi və heç bir uğur qazana bilməməsidir: “Bu, 20 ilə yaxındır davam edən prosesdir. İndiyədək eyni liderlər, eyni yanaşma, eyni təfəkkür və düşüncə mövcud olub. 1989-1990-cı illərdə meydanlarda çıxış edən həmin adamlar indi də həmin pafosla eyni sözləri təkrar edirlər. Təbii ki, bunun da əvvəlki səmərəsi yoxdur”. Ə.Orucun fikrincə, ilk növbədə, proseslərə baxış dəyişməli, müxalifətin daha böyük hissəsi bir araya gəlməli, ayrı-ayrı zaman kəsimlərində müxalifətin uğursuzluqlarının başında duranlar bir qədər kənara çəkilməlidirlər. / SalamNews / Geri qayıt |